Onlar həbs olundular:Aralarında qadın da var
05 May 2026, 15:40
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
640
19.02.2026, 20:58
Gəncə Şəhər Məhkəməsində son qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı cinayət işi üzrə təqsirləndirilən təhsil eksperti Kamran Əsədov və tarix müəllimi Gündüz Abbasovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Oxu24.com xəbər verir ki, hakim Elçin Məmmədovun sədrlik etdiyi prosesdə şahidlərin dindirilməsi davam edib.
Şahid Natiq Mehdiyev bildirib ki, övladı Gündüz Abbasovun yanına fərdi hazırlığa gedib. Lakin ilkin imtahanların nəticələri uğursuz olub. Bu zaman Gündüz Abbasov yüksək bal toplaması müqabilində 8 min manat istəyib. Şahidin sözlərinə "köməkliyin" necə olacağını bilməyib. Pullar isə imtahan nəticələrindən sonra veriləcəkmiş.
Daha sonra imtahanlarda iştirak etmiş Ayxan Mehdiyev ifadə verib. O deyib ki, texniki avadanlıqlar imtahana bir neçə saat qalmış quraşdırılıb. Hakim ondan düzgün ifadə verməyi tələb edib. Məlum olub ki, adıçəkilən şəxs avadanlıqların köməyi ilə 200-dən artıq bal toplayıb.
Şəmkir rayon sakini, imtahanlarda iştirak etmiş şahid Tunar Qasımov hakimin suallarını cavablandırarkən bildirib ki, Gündüz Abbasovu tanıyır. Onun sözlərinə görə, Gündüz Abbasovla özü danışıb və blok imtahanlarda ondan kömək istəyib. Texniki avadanlıqları bir gün evində saxlayıb, səhəri gün xüsusi ayaqqabının içərisində gizlədərək imtahana daxil olub. Texniki vaistələri ayaqyolunda quraşdırıb. Bunun qarşılığında Gündüz Abbasova 3 min manat çatdırılmalıymış.
Həmçinin oxuyun
Növbəti məhkəmə prosesi sabah saat 16-00-a təyin olunub.
Qeyd edək ki, 2025-ci ildə keçirilən ali təhsil müəssisələrinə qəbul və buraxılış imtahanlarında iştirak etmiş şəxslərə “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”na zidd olaraq köməklik göstərilməsinə dair Dövlət İmtahan Mərkəzindən Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumatlar əsasında başlanmış cinayət işinin ibtidai istintaqı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq aparılıb.
İttihama görə, təhsil eksperti Kamran Əsədov və tarix müəllimi Gündüz Abbasov ibtidai istintaqla abituriyent hazırlıq kursu qismində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsin qəbul və buraxılış imtahanlarının gedişində testləri cavablandırmağa kömək etmək məqsədilə gizli qaydada informasiya alınması (ötürülməsi) üçün nəzərdə tutulan texniki vasitələri qanunsuz olaraq hazırlamasına, habelə cinayət əlaqəsinə girərək həmin texniki vasitələri ümumilikdə 15 nəfərin üzərinə quraşdırmaqla imtahanlarda onlara köməklik göstərmələrinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlara əsasən, Gündüz Abbasova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 302.3 (gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri qanunsuz olaraq satma və satış məqsədilə əldə etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), Kamran Əsədova həmin Məcəllənin 302.3 və 32.5, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə köməkçilik), Sənan Hüseynova isə həmin Məcəllənin 302.3-cü maddələri ilə ittiham elan edilib, Gündüz Abbasov barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, digər şəxslərin barəsində isə istintaq orqanının qərarı ilə həbslə bağlı olmayan qətimkan tədbirləri seçilib./teleqraf.az
15:45 / 05 May 2026
7
15:40 / 05 May 2026
16
15:35 / 05 May 2026
26
15:29 / 05 May 2026
53
15:20 / 05 May 2026
30
15:11 / 05 May 2026
137
15:05 / 05 May 2026
382
15:03 / 05 May 2026
45
15:00 / 05 May 2026
47
14:58 / 05 May 2026
40
14:42 / 05 May 2026
42
14:33 / 05 May 2026
41
14:27 / 05 May 2026
62
14:21 / 05 May 2026
41
14:13 / 05 May 2026
308
14:04 / 05 May 2026
189
13:46 / 05 May 2026
60
13:38 / 05 May 2026
52
13:32 / 05 May 2026
56
13:26 / 05 May 2026
339
13:19 / 05 May 2026
211
13:19 / 05 May 2026
71
13:07 / 05 May 2026
241
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.