74 yaşlı qadın hamamda yıxılıb həyatın itirdi
08 May 2026, 00:25
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
568
13.02.2026, 11:07
Fevralın 12-si gecə saatlarında Nardaran qəsəbəsində 64 yaşlı Rəşad Əliyevin dəm qazı zəhərlənməsindən dünyasını dəyişməsi faktı ilə əlaqədar yeni məqamlar bəlli olub.
Oxu24.com Qafqazinfo.az-a istinadən məlumat verir ki, faciəyə bağ evinin zirzəmisində yerləşdirilmiş istilik sistemi (kombi) yol açıb.
Məlumata görə, kombi aparatının yanmış qazı xaric edən borusunda yaranan nasazlıq nəticəsində karbon monoksid zirzəmiyə dolub. Daha sonra zəhərli qaz yuxarı mərtəbələrə sızaraq evdə olan Rəşad Əliyev və xanımı Dilarə Əliyevanın zəhərlənməsinə gətirib çıxarıb. R.Əliyev hadisə yerində həyatını itirib. Onun həyat yoldaşı isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Xatırladaq ki, 64 yaşlı Rəşad Əliyev keçmişdə mühüm dövlət vəzifələrində çalışmış şəxsdir.
Məlumata görə, R.Əliyev son illərdə özəl sektorda fəaliyyət göstərən iri şirkətlərə rəhbərlik edib. Belə ki, o, 1990-cı illərdə Dövlət Baş Xəzinədarlığında direktor müavini, Qiymətli Kağızlar və Bank Əlaqələri Departamentinin rəisi, baş nazirin birinci müavininin köməkçisi və digər məsul vəzifələri tutub.
Həmçinin oxuyun
Sonralar biznes sahəsinə keçən R.Əliyev "Toyota Bakı Mərkəzi"nin baş direktoru, "İSR Avto"nun direktoru, "Improtex Motors"un baş meneceri, həmçinin STP-də müxtəlif şirkətlərin rəhbəri vəzifələrini icra edib. 2025-ci ilin noyabr ayından etibarən isə "IZIA Development" şirkətinin direktoru vəzifəsində çalışdığı bildirilir.
Mərhumun atası Firudin Əliyev də tanınmış ictimai-siyasi xadim olub. O, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi və büro üzvü (1983), eləcə də Azərbaycan SSR Ali Sovetinin 9-10-cu çağırış deputatı kimi fəaliyyət göstərib. "Qırmızı əmək bayrağı" ordeni və SSRİ medalları ilə təltif olunan F.Əliyev 1983-cü ildə vəfat edib və Birinci Fəxri xiyabanda dəfn edilib.
Əlavə edək ki, Rəşad Əliyev tanınmış polis zabiti, AFFA-nın sabiq vitse-prezidenti, "Qara polkovnik" ləqəbi ilə tanınan Fətulla Hüseynovun bacısı oğludur. Rəşad Əliyevin anası Roza Əliyeva isə Dövlət İdarəçilik Akademiyasının dosentidir.
00:53 / 08 May 2026
184
00:49 / 08 May 2026
195
00:47 / 08 May 2026
183
00:37 / 08 May 2026
64
00:31 / 08 May 2026
79
00:25 / 08 May 2026
68
23:52 / 07 May 2026
195
23:27 / 07 May 2026
198
23:07 / 07 May 2026
248
22:49 / 07 May 2026
187
22:46 / 07 May 2026
467
22:39 / 07 May 2026
234
22:33 / 07 May 2026
188
22:10 / 07 May 2026
221
21:54 / 07 May 2026
232
21:43 / 07 May 2026
228
21:29 / 07 May 2026
82
21:16 / 07 May 2026
437
21:05 / 07 May 2026
104
20:54 / 07 May 2026
108
20:43 / 07 May 2026
99
20:40 / 07 May 2026
93
20:26 / 07 May 2026
93
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.