DİN hadisə ilə bağlı AÇIQLAMA YAYDI
14 Noyabr 2026, 00:40
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
891
06.02.2026, 18:49
Dövlət Gömrük Komitəsinin müxtəlif yüksək vəzifələrdə çalışmış təqaüddə olan polkovniki Həbib Bağırlı həbs edilib.
Oxu24.com “Qaynarinfo”ya istinadən xəbər verir ki, 1980-ci il təvəllüdlü Həbib Bağırlı barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə protokol tərtib olunub və işə məhkəmədə baxılıb.
Məhkəmədə məlum olub ki, Həbib Bağırlının Bakıda fəaliyyət göstərən ASC-lərin birinə 423.489.69 manat borcu yaranıb. 2024-cü ildə Nərimanov rayon Məhkəməsi onun borcu ödəməsi barədə qətnamə çıxarıb. Üzərindən xeyli müddət keçməsinə baxmayaraq, H.Bağırlı borcundan cəmi 99 min manata yaxın ödəniş edib və 325.033 manat ödənilməmiş borc qalıb.
Nərimanov rayon İcra və Probasiya Şöbəsi tərəfindən Bağırlı Həbib Zahid oğlu barəsində protokol tərtib edilərək məhkəməyə müraciət olunub. O, məhkəmədə bildirib ki, gömrük orqanlarında müxtəlif vəzifələrdə işləyib və pensiyaya çıxıb. Qeyd edib ki, hazırda aliment ödəyir, təqaüdünün 60 faizi alimentə yönəlir. Bu səbəbdən onun təqaüdünə yönəlmə dayandırılıb. İcra sənədi üzrə zamin olub, bağ evini girov qoyub, ev satılıb və borcun ödənilməsinə yönəldilib. Həbib Bağırlı barəsində inzibati xəta haqqında protokola xitam verilməsini məhkəmədən xahiş edib.
Məhkəmə isə təqaüddə olan polkovnikin xahişini nəzərə almayıb, onu İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilib və barəsində 15 gün müddətinə həbs qərarı verib.
Qeyd edək ki, Həbib Bağırlı 2018-2022-ci illərdə Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevin köməkçisi olub. 2022-ci ildə S.Mehdiyev vəzifəsindən azad olunduqdan sonra o da işdən çıxarılıb və təqaüdə göndərilib. Həmin ildən 2024-cü ilə kimi “Səba” ASC-də Təftiş və nəzarət şöbəsinin müdiri vəzifəsində çalışıb. Ehtimal edilir ki, H. Bağırlı ASC-də çalışdığı müddətdə sözügedən şirkətə 423.489,69 manat ziyan vurub.
Həbib Bağırlı DGK-də çalışdığı müddətdə “Dövlət qulluğunda fərqlənməyə görə” və digər mükafatlara layiq görülüb.
00:40 / 14 Noyabr 2026
95
00:02 / 14 Noyabr 2026
382
23:58 / 13 Noyabr 2026
90
23:49 / 13 Noyabr 2026
89
23:40 / 13 Noyabr 2026
102
23:28 / 13 Noyabr 2026
102
23:22 / 13 Noyabr 2026
97
23:17 / 13 Noyabr 2026
240
23:09 / 13 Noyabr 2026
112
23:05 / 13 Noyabr 2026
102
23:02 / 13 Noyabr 2026
159
22:53 / 13 Noyabr 2026
112
22:49 / 13 Noyabr 2026
105
22:41 / 13 Noyabr 2026
105
22:36 / 13 Noyabr 2026
124
22:18 / 13 Noyabr 2026
112
22:13 / 13 Noyabr 2026
108
22:03 / 13 Noyabr 2026
673
21:43 / 13 Noyabr 2026
989
21:36 / 13 Noyabr 2026
114
21:29 / 13 Noyabr 2026
144
21:24 / 13 Noyabr 2026
374
21:03 / 13 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.