Hamamda ölən Yusufla bağlı iddia
29 Aprel 2026, 21:12
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
865
05.02.2026, 12:38
“Nəqliyyat nazirinin keçmiş müavini Arif Əsgərov və oğlu Elnar Əsgərov 3 milyon 638 min ABŞ dolları məbləğində pulumu alıb və geri qaytarmır”.
Bunu “Yeni Sabah”a açıqlamasında Bakı şəhər sakini Məmmədov Emil Kərim oğlu bildirib.
Onun sözlərinə görə, Arif Əsgərov və oğlu Elnar Əsgərov tərəfindən dələduzluqa məruz qalıb:
“Nəticədə mənə külli miqdarda ziyan dəyib. 2011-2013-cü illərdə tanışım Əsgərov Elnar Arif oğlu tenderdə iştirakımı təmin etmək adı ilə aldadaraq məndən hissə-hissə 3 milyon 638 min ABŞ dolları məbləğində pul alıb. İki il ərzində 700.000 ABŞ dolları xeyir qismində toplanıb. Elnar Əsgərov 2013-cü il oktyabrın 4-də mənə 500 min dollar, həmin ilin noyabrın 14-də isə 200 min dollar məbləğdə pul qaytarıb. O, bu qaytarılmış pulları ana məbləğdən çıxılması və yerdə qalan 2.938.000 ABŞ dolları pulumu qaytaracağını bildirdi”.
Zərərçəkən qeyd edib ki, Elnar Əsgərov saxta şirkətlər yaradaraq, maliyyə maxinasiyaları, o cümlədən yalançı sahibkarlıq və çirkli pulların yuyulması cinayətlərini törədirmiş. Buna görə də aralarında fikir ayrılığı yaranıb:
Həmçinin oxuyun
“Bu barədə Elnara irad bildirərək pullarımı geri istədim. Elnar isə buna cavab olaraq, atası Arif Əsgərovun artıq nəqliyyat naziri Ziya Məmmədova müavin təyin edildiyini söylədi və məni hədələdi. Artıq gücümüzə güc qatılıb, get ürəyin kimə və hara istəyirsən şikayət et deyərək qalıq pulları verməkdən imtina etdi”.
Emil Məmmədov deyib ki, A.Əsgərov və oğlu E.Əsgərovun dələduzluq fəaliyyəti nəticəsində ayrı-ayrı şəxslərə, o cümlədən də ona məxsus 5 milyon manat ziyan dəyib. Amma 10 ildən artıq müddətdir etdiyi şikayətlərə bağlı heç bir tədbir görülməyib, Arif Əsgərovun və himayədarlarının müxtəlif şəxslərlə qarşılıqlı “razılaşmaları əsasında” Əsgərovlar məsuliyyətdən kənarda qalıb.
“Kimlərinsə bilavasitə himayədarlığı ilə nə Arif Əsgərovun, nə də oğlu Elnar Əsgərovun məsuliyyətə cələb edilməsi məsələsi həllini tapmayıb. Hərçəndki, bütün müraciətlərimizə əlavə etdiyimiz mötəbər sübutlar toplusunun araşdırılması ilə bağlı, mövcud olan xüsusatlar üzrə həyata keçirilən saxtalaşdırmanı, Elnar Əsgərovun izahatlarındakı kobud və açıq-aşkar ziddiyyətlərin araşdırılması belə bilərəkdən və qəsdlə təmin edilməyib. Beləliklə, təkzib olunmasası mümkünsüz olan sübutlar toplusu ilə pulumuzun birmənalı olaraq Arif Əsgərovun oğlu Elnar Əsgərov tərəfindən dələduzluq yolu ilə ələ keçirilməsi tam sübut olunmasına belə baxmayaraq, bu şəxslərin məsuliyyətə cəlb edilməsi və pulumuzun geri qaytarılması ilə bağlı bu günə kimi heç bir tədbir görülməyib”.
00:27 / 30 Aprel 2026
35
00:14 / 30 Aprel 2026
40
23:49 / 29 Aprel 2026
119
23:44 / 29 Aprel 2026
54
23:32 / 29 Aprel 2026
62
23:19 / 29 Aprel 2026
53
23:12 / 29 Aprel 2026
1195
23:10 / 29 Aprel 2026
46
23:09 / 29 Aprel 2026
46
23:00 / 29 Aprel 2026
580
22:52 / 29 Aprel 2026
126
22:14 / 29 Aprel 2026
76
21:41 / 29 Aprel 2026
180
21:21 / 29 Aprel 2026
93
21:12 / 29 Aprel 2026
2399
20:56 / 29 Aprel 2026
112
20:50 / 29 Aprel 2026
78
20:39 / 29 Aprel 2026
130
20:10 / 29 Aprel 2026
116
19:56 / 29 Aprel 2026
97
19:43 / 29 Aprel 2026
102
19:28 / 29 Aprel 2026
198
19:16 / 29 Aprel 2026
227
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.