Qaynar xətt:

(+99450) 247 90 86

İşlədiyi obyektdən oğurluq edən usta saxlanıldı 

news/2026_01_14/1768370956_1768370491_1768371695.jpg

KRİMİNAL

74

14.01.2026, 10:16

Ağsu rayonunun Dilman kəndində tikinti işləri gedən obyektdən elektrik naqillərinin oğurlanması barədə polisə məlumat daxil olub.

Oxu24.com xəbər verir ki,  Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən Tərlan Quliyev müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun həmin obyektdə bir müddət əvvəl usta kimi çalışdığı məlum olub.

Araşdırmalar davam etdirilir.