Noyabrın 15-i və 16-sı ilə bağlı XƏBƏRDARLIQ
14 Noyabr 2026, 20:56
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
732
14.01.2026, 10:01
Magistraturaya sənəd qəbulu elan edilib.
Bu barədə Oxu24.com-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Qeyd edilib ki, imtahanda iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsilə aparılır.
"Bakalavr 2026-cı il yanvarın 14-dən 26-dək Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra (“Şəxsi kabinet”i olmayanlar) ərizə vermək üçün tələb olunan məbləği (50 AZN) “Şəxsi kabinet”indəki hesabına əlavə edir.
Bakalavr “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə ərizə qəbulu müddətində Mərkəzin internet saytının müvafiq səhifəsinə daxil olub, “Bakalavrın elektron ərizəsi” formasını doldurur və təsdiq edir.
Azərbaycan Respublikasında fəaliyyət göstərən ali təhsil müəssisələrini bitirən bakalavrlar, eləcə də xarici ölkələrdə ali təhsil almış və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyaları Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən tanınan bakalavrlar qəbul imtahanında iştirak etmək üçün ərizə qəbulu müddətində Mərkəzin rəsmi internet saytında “Bakalavrın elektron ərizəsi”ni doldurur və təsdiq edirlər.
Magistraturaya qəbul imtahanı DİM tərəfindən mərkəzləşdirilmiş qaydada bakalavrların ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürünün), informatika və xarici dil biliklərinin qiymətləndirilməsi üzrə keçirilir.
Qəbul imtahanının (I cəhd) fevralın 15-də keçirilməsi nəzərdə tutulur.
İmtahanda bakalavrlara məntiqi təfəkkürün yoxlanılması üçün 50 (o cümlədən açıq tipli 5), informatika üzrə 25 (o cümlədən açıq tipli 5) test tapşırığı, xarici dil üzrə isə 20 (o cümlədən açıq tipli 2) test tapşırığı və yazı işi (esse) yerinə yetirmək üçün mövzu təqdim olunacaqdır.
İmtahan nəticələri hesablanarkən bakalavrın hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir, esse maksimum 5 balla qiymətləndirilir. Beləliklə, imtahanda əldə oluna bilən maksimal nəticə 100 baldır", - məlumatda qeyd edilib.
Qəbul imtahanında test tapşırıqlarının cavablandırılmasına 3 saat, yazı işini (esseni) yerinə yetirmək üçün isə 30 dəqiqə, cəmi 3 saat 30 dəqiqə vaxt ayrılır. 3 saat bitdikdən sonra bakalavrlardan cavab kartları yığılır və onlara yazı işini yazmaq üçün xüsusi esse vərəqləri paylanılır. Qeyd edək ki, tədrisi ingilis (alman) dilində olan ixtisaslaşmaları seçmək üçün yazı işi (esse) tapşırığı üzrə nəticə 2 baldan az olmamalıdır. Tədrisi Azərbaycan və ya rus dilində olan ixtisaslaşmaları seçmək üçün yazı işi (esse) tapşırığı üzrə nəticəyə bal məhdudiyyəti qoyulmur.
21:11 / 14 Noyabr 2026
1
21:04 / 14 Noyabr 2026
25
21:02 / 14 Noyabr 2026
49
20:56 / 14 Noyabr 2026
59
20:50 / 14 Noyabr 2026
70
20:38 / 14 Noyabr 2026
75
20:23 / 14 Noyabr 2026
635
19:54 / 14 Noyabr 2026
81
19:50 / 14 Noyabr 2026
87
19:36 / 14 Noyabr 2026
1314
19:15 / 14 Noyabr 2026
121
19:12 / 14 Noyabr 2026
117
19:05 / 14 Noyabr 2026
109
18:50 / 14 Noyabr 2026
114
18:43 / 14 Noyabr 2026
125
18:21 / 14 Noyabr 2026
818
18:09 / 14 Noyabr 2026
134
18:06 / 14 Noyabr 2026
562
18:03 / 14 Noyabr 2026
113
17:18 / 14 Noyabr 2026
226
17:15 / 14 Noyabr 2026
133
16:20 / 14 Noyabr 2026
136
16:05 / 14 Noyabr 2026
185
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.