Qaynar xətt:

(+99450) 247 90 86

Gəncədə faciə: Menecer öldü

news/2025_08_19/68a3b010d375468a3b010d3755175555790468a3b010d375168a3b010d3753_1755582841.jpeg

KRİMİNAL

895

19.08.2025, 09:53

Gəncədə baş verən ağır yol qəzasının bəzi təfərrüatları məlum olub.

APA-nın  məlumatına görə, şəhərin 1-ci mikrorayonunda Vaqif küçəsində hərəkətdə olan "Toyota" markalı minik avtomobili idarəetməni itirərək yoldan çıxıb.

Nəticədə avtomobil yol kənarındakı işıq dirəyinə, mağazaya və hərəkətsiz vəziyyətdə dayanmış iki digər minik avtomobilinə – "Chevrolet" və "Mercedes-ə" çırpılıb. Zərbənin təsirindən "Toyota" yol kənarına aşıb.

Qəza zamanı Toyota-nın sürücüsü, Şirvan şəhər sakini, 1989-cu il təvəllüdlü Tural Qənbərov xəstəxanaya aparılarkən yolda ölüb.

Qeyd edək ki, həyatını itirən Tural Qənbərov III MDB Oyunlarının Gəncə üzrə meneceri olub.

Faktla bağlı araşdırma aparılır.