Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda Şəhidlər xiyabanında qeyri-etik davranış sərgiləyən xarici vətəndaşlar SAXLANILDILAR  

news/2025_08_18/sehidleri_1755502968.webp

KRİMİNAL

873

18.08.2025, 11:42

Bakıdakı Şəhidlər xiyabanında etik normalara zidd davranışlar sərgiləyərək onu sosial şəbəkələrdə yayan xarici ölkə vətəndaşları saxlanılıblar.

Oxu24.com  xəbər verir ki, bu barədə videogörüntülər yayımlanıb.

Xatırladaq ki, bir qrup xarici ölkə vətəndaşının Şəhidlər xiyabanında etik normalara zidd davranışını özündə əks etdirən videogörüntülər cəmiyyətin haqlı narazılığına səbəb olub.

Sosial şəbəkə istifadəçiləri həmin şəxslərin hərəkətlərini kəskin şəkildə qınayaraq onların məsuliyyətə cəlb olunmasını tələb ediblər.

Əldə olunan son məlumata əsasən, polis əməkdaşları tərəfindən həmin şəxslər saxlanılıblar və faktla bağlı araşdırmalara başlanılıb.