DİN əməliyyat keçirib: 260 nəfər SAXLANILIB
13 Dekabr 2025, 17:43
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
548
18.08.2025, 10:49
Xəbər verdiyimiz kimi, müğənni Rəqsanə İsmayılova barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
O, vətəndaşların 35 000 manat dəyərində qızıl-zinət əşyalarını və 520 000 ABŞ dolları məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham edilir.
Müğənni 2 il əvvəl Moskvada həbsdə olan azərbaycanlı iş adamını azadlığa buraxdıracağını vəd edib və iş adamının yaxınları Rəqsanə İmsayılovaya 520 min dollar pul veriblər. Amma 2 il keçməsinə baxmayaraq həmin şəxs azadlığa buraxılmayıb.
Həmin şəxslərin şikayətindən sonra cinayət işi başlanıb və Rəqsanə İmsayılova həbs olunub.
Oxu24.com xəbər verir ki, SAVASHMEDİA.az-ın əldə etdiyi məlumata görə, Rəqsanə İsmayılovanın biznesmen həyat yoldaşı Fazil Əmiraslanov artıq zərərçəkmişlərlə danışıqlara girib və onların pulunu qaytaracağına söz verib.
Mənbənin bildirdiyinə görə, son illər Moskva şəhərindəki biznesi tənəzzül edən Fazil Əmiraslanov iqtisadi cəhətdən əvvəlki qüdrətində deyil. Bununla belə, 1 milyon manata yaxın məbləğin ödənilməsi onun üçün heç də mümkünsüz deyil.
Həmçinin oxuyun
Məlumata görə, Fazil Əmiraslanov Rusiya paytaxtındakı obyektlərindən birini satışa çıxarıb və alqı-satqı rəsmiləşdikdən sonra Rəqsanə İsmayılovanın borcları tamamilə bağlanacaq.
Xatırladaq ki, Fazil Əmiraslanov uzun illərdir ki, Moskvada iri bizneslə məşğul olur. O, "Bakkara XXI", "Luç-SB" , "Sofiya ML" "Korvet İnvest" kimi iri şirkətlərinin sahibidir. Bundan başqa onun Rusiya paytaxtında “Mayak” adlı Ticarət Mərkəzi də var.
Onun şirkətləri restoran, daşınmaz əmlakın alqı-satqısı, habelə topdansatış ticarəti üzrə ixtisaslaşıb.
Rəqsanə İsmayılova həyat yoldaşı Fəzail Əmiraslanovla 2011-ci ildə məclislərdən birindən tanış olub. 4 illik sevgi münasibətlərindən sonra cütlük evlənmək qərarına gəliblər.
Qeyd edək ki, Rəqsanə İsmayılova Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir. Bu maddənin sanksiya həddində 10 ildən 14 ilə kimi azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Amma dələduzluq cinayətində dəymiş ziyanın tam ödənilməsi və dövlət rüsumunun ödənilməsi vəziyyəti dəyişə bilər. Belə olan halda cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilə bilər.
18:02 / 13 Dekabr 2025
1
17:43 / 13 Dekabr 2025
189
17:09 / 13 Dekabr 2025
39
16:55 / 13 Dekabr 2025
171
15:58 / 13 Dekabr 2025
60
15:47 / 13 Dekabr 2025
60
15:39 / 13 Dekabr 2025
76
15:08 / 13 Dekabr 2025
1924
14:50 / 13 Dekabr 2025
74
14:38 / 13 Dekabr 2025
108
14:28 / 13 Dekabr 2025
98
14:22 / 13 Dekabr 2025
87
14:12 / 13 Dekabr 2025
278
13:14 / 13 Dekabr 2025
1522
13:07 / 13 Dekabr 2025
1007
12:58 / 13 Dekabr 2025
744
12:16 / 13 Dekabr 2025
1183
12:08 / 13 Dekabr 2025
136
11:44 / 13 Dekabr 2025
91
11:30 / 13 Dekabr 2025
113
11:09 / 13 Dekabr 2025
983
11:07 / 13 Dekabr 2025
447
10:25 / 13 Dekabr 2025
1190
09:15 / 13 Dekabr 2025
913
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.