Arif Aslanov həyatını itirib
19 Noyabr 2026, 09:30
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
511
02.04.2025, 16:09
Portuqaliya hüquq-mühafizə orqanlarının əməkdaşları narkotik kartelinin sualtı qayığını 6,5 ton maddə ilə ələ keçiriblər.
Oxu24.com bu barədə CBS News -a istinadən xəbər verir.
Portalın məlumatına görə, ehtimal ki, Cənubi Amerikanın narkotik kartellərindən birinə bağlı olan sualtı qayıq Azor adalarından təxminən 900 kilometr cənubda müşahidə edilib.
Polisin məlumatına görə, mütəşəkkil cinayətkar qrupun üzvləri maddələri Pireney yarımadasına aparırmış. Məlumatda bildirilir ki, Portuqaliyaya qaçaqmalçılıq yolu ilə gətirilən narkotiklərin əksəriyyəti dəniz yolu ilə Latın Amerikasından gəlir.
Martın 26-da Kolumbiya Hərbi Hava Qüvvələrinin endirdiyi zərbə nəticəsində Gulf Clan narkokartelinin strukturlarından birinin rəhbərləri məhv edilib. Ölkə prezidenti Qustavo Petro respublikanın şimal-qərbindəki Antiokiya departamentinin Seqoviya şəhərində narkotik kartelinin silahlı strukturlarına hücum əmri verdiyinə aydınlıq gətirib. Hücum nəticəsində strukturun Hitler ləqəbli lideri və onun müavini həlak olub.
Arenales və Montefrio ərazilərində aviasiyanın iştirakı ilə hərbi əməliyyat keçirilib. Zərbə nəticəsində 9 yaraqlı məhv edilib, bir nəfər əsir götürülüb, 13 odlu silah götürülüb.
Nigar
12:56 / 19 Noyabr 2026
1
12:45 / 19 Noyabr 2026
26
12:41 / 19 Noyabr 2026
44
12:27 / 19 Noyabr 2026
37
12:13 / 19 Noyabr 2026
66
12:07 / 19 Noyabr 2026
76
11:57 / 19 Noyabr 2026
77
11:45 / 19 Noyabr 2026
84
11:30 / 19 Noyabr 2026
107
11:15 / 19 Noyabr 2026
88
11:10 / 19 Noyabr 2026
89
11:05 / 19 Noyabr 2026
96
11:00 / 19 Noyabr 2026
106
11:00 / 19 Noyabr 2026
110
10:55 / 19 Noyabr 2026
101
10:47 / 19 Noyabr 2026
99
10:32 / 19 Noyabr 2026
394
10:21 / 19 Noyabr 2026
293
10:19 / 19 Noyabr 2026
387
10:11 / 19 Noyabr 2026
105
10:07 / 19 Noyabr 2026
131
09:58 / 19 Noyabr 2026
835
09:56 / 19 Noyabr 2026
142
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.