Qaynar xətt:

(+99450) 247 90 86

Ağsuda ağır yol qəzasında 8 nəfər xəsarət alıb

Ağsuda ağır yol qəzasında 8 nəfər xəsarət alıb

KRİMİNAL

615

28.03.2025, 21:48

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ağsu rayonunda baş vermiş avtomobil qəzası nəticəsində 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

"Report"xəbər verir ki, yaralılar təcili tibbi yardım vasitəsilə Ağsu Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, onlardan birinin vəziyyəti orta-ağır qiymətləndirilir.

Hadisənin hansı səbəbdən baş verdiyi hələ məlum deyil. İlkin ehtimallara görə, qəza yol hərəkəti qaydalarının pozulması və ya sürücünün idarəetməni itirməsi nəticəsində baş verə bilər

Daxili İşlər Nazirliyinin Şəki Regional Qrupundan verilən məlumata görə, faktla bağlı Ağsu Rayon Polis Şöbəsində araşdırma aparılır.

Hadisə yerində müvafiq ekspertizalar aparılır və qəzanın dəqiq səbəbləri müəyyənləşdirilir.