Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda dəhşətli hadisə!Məktəbli qız zorlandı

2019-05/1557737026_usaq-zorladi.jpg

KRİMİNAL

2617

13.05.2019, 12:44

\"\"  Bir neçə gün əvvəl Bakıda oğurlanmış 14 yaşlı məktəbli qız tapılıb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, Sabunçu rayon 12 saylı polis bölməsinin əməkdaşları mayın 9-da Ramanadan qaçırılmış qızın yerini aşkarlayıb. İnformasiyaya görə, qaçıran şəxs qızı Suraxanı rayonu ərazisində saxlayıb. Həmin şəxsin qızı zorladığı bildirilir. Hüquq-mühafizə orqanı əməkdaşları qızı evinə qaytarıb. Faktla bağlı 30 yaşlı Astara rayon sakini Dadaşov Ramil İsrafil oğlu saxlanılıb. Onun barəsində CM-nin 144 (adam oğruluğu) və 152-ci (16 yaşına çatmamış şəxslə cinsi əlaqə)  maddələri üzrə cinayət işi açılıb. Məlum olub ki, Dadaşovun bundan əvvəl də azyaşlının zorlanması, xuliqanlıqla bağlı məhkumluğu olub. Qeyd edək ki, 2004-cü il təvəllüdlü T.M. mayın 9-da 13.00 radələrində qaçırılmışdı. Qızın 41 yaşlı atası ərizə ilə polisə müraciət etmişdi. Digər xəbərləri oxu:  Bakıda müəllimdən azyaşlı şagirdə qarşı şok hərəkət- Anbaan VİDEO “Pulum da, adamlarım da var”: “Emil 444”ün qətlini sifariş edənin görüntüsü yayıldı- FOTO Transla polisin intim söhbəti