Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
21 Noyabr 2026, 17:17
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
580
10.12.2024, 12:23
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs Həsən Həsrətovun növbəti məhkəmə prosesi keçirilib.
Oxu24.com ın məlumatına görə, şahid qismində Rasim Nuriyev ifadə verib: "Mərhum Rasim Zamanov qonşuluqda yaşayırdı. Mən qonşum Babək Alıcanovla samovar qaynadırdıq. Yaxınlıqdan "sən mənim atama eşşək demisən" ifadəsi eşitdik. Sonra gördük 2 nəfər bir-biri ilə dalaşır. Məlum oldu ki, Həsən, Rasimi atasını təhqir etdiyi üçün vurub. Bir azdan yaralı olan geri çəkildi, biz girdik onun qoluna. Təcili yardım çağırıb həmin şəxsi xəstəxanaya çatdırmaq istədik. Ancaq danışıqdan gördük ki, təcili yardım gec gələcək. Ona görə Rasimi və yanındakı oğlunu maşına mindirib 6 saylı Təcili Tibbi Yardım stansiyasına çatdırdıq. Maşında yaralının oğlu Murad dedi ki, atamı bibimin yoldaşı vurub: "Məni döydü, buna görə atam Həsənlə dalaşdı. Sonra da bu hadisə baş verdi".
Hakim cinayət işində olan şahid Babək Alıcanovun ifadəsini elan etdi.
Məhkəmə prosesi 7 yanvar tarixinə kimi təxirə salındı.
Xatırladaq ki, ağır cinayət ötən il dekabrın 2-də gecə saatlarında paytaxtın Nizami rayonu, Qara Qarayev prospektində baş verib.
Əraziyə gələn əməliyyat qrupu müəyyən edib ki, 45 yaşlı Rasim Zamanovu qətlə yetirməkdə şübhəli bilinən şəxs hadisə yerindən qaçıb. Aparılan araşdırmalarla 1980-ci il təvəllüdlü Həsən Həsrətovun aralarında yaranmış mübahisə zamanı qohumu Rasim Zamanova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Məlumata görə, 43 yaşlı Həsən Həsrətov Rasim Zamanovun qaynıdır. O, keçirilən əməliyyat-axtarış tədbirləri ilə səhərə yaxın saxlanıb.
Qonşuların sözlərinə görə, həmin şəxs cinayət törətdiyi ərazidə kirayədə yaşayıb.
Faktla bağlı Həsən Həsrətov barəsində 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb
17:30 / 21 Noyabr 2026
1
17:17 / 21 Noyabr 2026
50
17:16 / 21 Noyabr 2026
65
17:08 / 21 Noyabr 2026
75
16:45 / 21 Noyabr 2026
72
16:39 / 21 Noyabr 2026
110
16:26 / 21 Noyabr 2026
182
16:20 / 21 Noyabr 2026
107
16:05 / 21 Noyabr 2026
93
16:00 / 21 Noyabr 2026
124
15:49 / 21 Noyabr 2026
124
15:48 / 21 Noyabr 2026
95
15:36 / 21 Noyabr 2026
126
15:35 / 21 Noyabr 2026
98
15:32 / 21 Noyabr 2026
114
15:30 / 21 Noyabr 2026
273
15:29 / 21 Noyabr 2026
98
14:55 / 21 Noyabr 2026
115
14:50 / 21 Noyabr 2026
129
14:35 / 21 Noyabr 2026
707
14:28 / 21 Noyabr 2026
99
14:20 / 21 Noyabr 2026
121
14:19 / 21 Noyabr 2026
116
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.