Elvin Zeynalov faciəli şəkildə HƏYATINI İTİRDİ
22 Noyabr 2026, 19:05
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
259
15.10.2024, 11:56
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə 29,120.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs İsmayılov Elməddin Üzeyir oğlunun məhkəmə prosesinin ilkin baxış iclası keçirilib.
Elməddin İsmayılov öz həyat yoldaşı Xatın İsmayılovanı öldürməyə cəhd edib. İttiham aktına görə, Elməddin İsmayılov kirayə qaldığı evdə qaynının arvadı Firəngiz Rəsulovanın gözü qarşısında Xatın İsmayılovanın boğazını kəsmək istəyib. Ancaq Firəngiz Rəsulovanın müdaxiləsi nəticəsində niyyətinə nail ola bilməyib və Xatın İsmayılovaya 9 bıçaq zərbəsi vurub
Təqsirləndirilən şəxs hadisəni törədən zaman özündə olmadığını deyib.
Məhkəmə prosesi oktyabr ayının 29-na kimi təxirə salınıb.
Xatırladaq ki, hadisə bu il iyun ayının 9-da Bakının Səbail rayonu, 20-ci Sahə ərazisində qeydə alınıb. 2001-ci il təvəllüdlü İsmayılova Xatın Ehtiram qızı həyat yoldaşı tərəfindən döyülərək bıçaqlanıb.
O, ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, qadına 9 bıçaq zərbəsi vurulub.
Faktla bağlı Səbail Rayon Prokurorluğunda 29,120.2.4-cü (xüsusi amansızlıqla adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
23:43 / 22 Noyabr 2026
1
23:28 / 22 Noyabr 2026
94
23:26 / 22 Noyabr 2026
59
22:59 / 22 Noyabr 2026
248
22:36 / 22 Noyabr 2026
110
22:08 / 22 Noyabr 2026
799
21:14 / 22 Noyabr 2026
143
21:06 / 22 Noyabr 2026
152
20:56 / 22 Noyabr 2026
1354
20:30 / 22 Noyabr 2026
489
19:33 / 22 Noyabr 2026
1044
19:20 / 22 Noyabr 2026
156
19:05 / 22 Noyabr 2026
1355
18:54 / 22 Noyabr 2026
142
18:49 / 22 Noyabr 2026
176
18:21 / 22 Noyabr 2026
466
18:16 / 22 Noyabr 2026
215
18:02 / 22 Noyabr 2026
180
17:59 / 22 Noyabr 2026
171
16:38 / 22 Noyabr 2026
234
16:29 / 22 Noyabr 2026
173
16:18 / 22 Noyabr 2026
2842
16:00 / 22 Noyabr 2026
274
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.