İslam Rzayevin əmlaklarına həbs qoyuldu - Siyahı
25 Noyabr 2026, 16:05
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
350
08.06.2024, 17:44
2023-cü il iyulun 9-na keçən gecə 1993-cü il təvəllüdlü Pərvin Yusifli yaşadığı evdə atası, 1968-ci il təvəllüdlü Rəsul Yusifovu öldürməsi barədə polisə məlumat verib.
Hadisə Bakının Nizami rayonu, Rüstəm Rüstəmov küçəsindəki mənzillərin birində baş verib.
Fakt üzrə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
İstintaqla müəyyən edilib ki, iyulun 9-u gecə saat 2 radələrində Rəsul Yusifov otağa girəndə oğlu Elvinin eyvanda siqaret çəkdiyini görüb. Elvin içəri keçəndə atası onu sərt şəkildə danlayıb və üzünə iki dəfə şillə vurub.
Epilepsiya xəstəliyindən əziyyət çəkən qardaşına qarşı etdiyi zorakılıq hərəkətlərinə görə Pərvin Yusifli atasından qisas almaq qərarına gəlib. Pərvin məhkəmə iclasında bildirib ki, Elvinin siqaret çəkməsinə əsəbiləşən atası hətta onu zorla mənzildən çıxarmaq istəyib. Ancaq o, araya girərək belə etməməsini xahiş edib. Daha sonra atası əsəbi halda öz otağına keçib. Pərvin isə Elvinlə digər otaqda oturaraq televizora baxıblar.
Başının ağrıdığını deyən Elvin yatmağa getsə də, atasının hərəkətindən əsəbiləşən Pərvin yatmayıb. Gecə saat 3 radələrində mətbəxə keçərək bıçağı götürüb və atasının yatdığı otağa girib. Otağın işığını yandıranda atası gözlərini açıb, nəyə görə gəldiyini soruşub. Pərvin Yusifli heç nə demədən onun üstünə atılıb və əlindəki bıçaqla Rəsul Yusifova kortəbii şəkildə zərbələr vuraraq onu qətlə yetirib. Törətdiyi cinayət barədə polisə də elə Pərvin özü məlumat verib.
Məhkəmə iclasında Pərvin Yusifli ittiham üzrə özünü təqsirli bilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 9 il müddətinə azadlıqdan məhrum olunub.
16:29 / 25 Noyabr 2026
1
16:27 / 25 Noyabr 2026
17
16:15 / 25 Noyabr 2026
107
16:05 / 25 Noyabr 2026
89
15:59 / 25 Noyabr 2026
171
15:41 / 25 Noyabr 2026
433
15:32 / 25 Noyabr 2026
163
15:30 / 25 Noyabr 2026
109
15:26 / 25 Noyabr 2026
97
15:22 / 25 Noyabr 2026
92
15:19 / 25 Noyabr 2026
100
15:10 / 25 Noyabr 2026
161
15:03 / 25 Noyabr 2026
196
14:58 / 25 Noyabr 2026
102
14:57 / 25 Noyabr 2026
114
14:33 / 25 Noyabr 2026
109
14:30 / 25 Noyabr 2026
132
14:29 / 25 Noyabr 2026
103
14:21 / 25 Noyabr 2026
116
14:03 / 25 Noyabr 2026
494
14:02 / 25 Noyabr 2026
137
14:00 / 25 Noyabr 2026
143
13:56 / 25 Noyabr 2026
133
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.