Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycan neftinin qiyməti 97 dolları ötüb

Azərbaycan neftinin qiyməti 97 dolları ötüb

İQTİSADİYYAT

169

02.09.2026, 09:54

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Dünya bazarında Azərbaycan neftinin qiyməti 97 dolları ötüb.

Oxu24.com xəbər verir ki, “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 4,72 ABŞ dolları və ya 5,08% artaraq 97,61 ABŞ dollarına yüksəlib.

Bundan əvvəl Azərbaycan nefti 92,89 ABŞ dollarına ticarət edilmişdi.

Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb.