Qızıl almaq istəyənlərin DİQQƏTİNƏ!
03 Oktyabr 2026, 10:18
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
278
01.09.2026, 08:02
Son dövrlərdə vətəndaşların istehlak kreditlərindən daha fəal istifadə etməsi kreditlərin vaxtından əvvəl bağlanması məsələsini də aktuallaşdırır. Xüsusilə kreditini vaxtından əvvəl ödəmək istəyən şəxslər bu zaman əlavə cərimə və ya ödənişlə qarşılaşıb-qarşılaşmayacağını bilməyə bilərlər. Qanunvericilikdə istehlak kreditlərinin vaxtından əvvəl qaytarılması ilə bağlı müəyyən qaydalar nəzərdə tutulur. Bəs vətəndaş krediti hansı müddət ərzində cəriməsiz qaytara bilər və sonrakı mərhələdə tətbiq olunan kompensasiyanın məbləği nə qədər ola bilər?
Bu suallara ekspert Əkrəm Həsənov aydınlıq gətirib.
Onun sözlərinə görə, sahibkarın götürdüyü kredit vaxtından əvvəl qaytarılarkən müqavilədə cərimə nəzərdə tutula bilər və buna məhdudiyyət yoxdur:
"Amma istehlak kreditidirsə, vətəndaş krediti götürdüyü gündən etibarən 30 gün ərzində istənilən vaxt heç bir cərimə ödəmədən qaytara bilər. Təbii ki, həmin müddət üçün hesablanan faizləri ödəməlidir.
Əgər 30 gün ötdüsə, krediti yenə də vaxtından əvvəl qaytara bilər. Lakin bu halda müqavilədə cərimə, yəni banka dəyən zərərin kompensasiyası nəzərdə tutula bilər. Zərər ondan ibarətdir ki, bank krediti verərkən həmin kredit üzrə faiz gəliri əldə edəcəyini nəzərdə tutur, vətəndaş isə krediti vaxtından əvvəl qaytarır".
Ekspert bildirib ki, bu halda, əgər müqavilənin bitməsinə bir ildən çox müddət qalıbsa, qalıq məbləğinin 1%-dən çoxu həcmində cərimə, yəni zərərin kompensasiyası tutula bilməz: "Əgər müqavilənin bitməsinə bir il və ya daha az müddət qalıbsa, bu məbləğ 0,5%-dən çox olmamalıdır.
Məsələn, 30 gün keçdikdən sonra 1 000 manat qalıq borcunuz varsa və müqavilənin bitməsinə bir ildən çox müddət, məsələn, iki il və ya il yarım qalıbsa, vaxtından əvvəl ödəniş etdikdə zərərin kompensasiyası 1%-dən çox ola bilməz. Yəni 1 000 manat üçün bu məbləğ maksimum 10 manat ola bilər. Əgər müqavilənin bitməsinə bir ildən az müddət qalıbsa, bu məbləğ maksimum 5 manat ola bilər və ondan çox tutula bilməz”.
20:53 / 04 Oktyabr 2026
28
20:43 / 04 Oktyabr 2026
33
20:21 / 04 Oktyabr 2026
46
20:06 / 04 Oktyabr 2026
69
19:55 / 04 Oktyabr 2026
60
19:44 / 04 Oktyabr 2026
159
19:23 / 04 Oktyabr 2026
63
19:16 / 04 Oktyabr 2026
104
19:09 / 04 Oktyabr 2026
96
18:44 / 04 Oktyabr 2026
90
18:34 / 04 Oktyabr 2026
70
17:50 / 04 Oktyabr 2026
91
17:45 / 04 Oktyabr 2026
88
17:35 / 04 Oktyabr 2026
91
17:30 / 04 Oktyabr 2026
584
17:23 / 04 Oktyabr 2026
466
17:20 / 04 Oktyabr 2026
62
16:58 / 04 Oktyabr 2026
3027
16:56 / 04 Oktyabr 2026
393
16:55 / 04 Oktyabr 2026
272
16:53 / 04 Oktyabr 2026
459
16:51 / 04 Oktyabr 2026
101
16:49 / 04 Oktyabr 2026
87
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.