Qızıl ucuzlaşdı
24 Oktyabr 2026, 13:54
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
669
10.08.2026, 12:30
“Ölkədə kişilər cəmi 9 il pensiya ala bilir" – İqtisadçıdan pensiya yaşı ilə bağlı REAKSİYA
Azərbaycanda qadınların pensiya yaşının mərhələli şəkildə 65-ə çatdırılması ilə ölkədə bu sahədə aparılan islahatların mühüm bir mərhələsi yekunlaşıb. Bununla belə, demoqrafik və iqtisadi göstəricilər fonunda gələcəkdə, xüsusilə də kişilər üçün pensiya yaşının yenidən artırılıb-artırılmayacağı cəmiyyətdə əsas müzakirə mövzularından biri olaraq qalır. Əhalinin sosial təminatı və pensiya hüquqları ilə bağlı bu gözləntilər müxtəlif ekspertlər tərəfindən fərqli prizmadan dəyərləndirilir. Xüsusilə ölkədəki orta ömür uzunluğu və pensiyada olma müddəti kimi amillər belə ehtimalların reallığını şübhə altına alır. Vətəndaşlar isə pensiya yaşının daha da qaldırılmasının sosial rifaha və gender balansına necə təsir göstərəcəyindən narahatlıq keçirirlər. Bəs həqiqətən də kişilər üçün pensiya yaşının yenidən artırılması nə dərəcədə realdır və bunun hansısa iqtisadi əsası varmı?
Məsələ ilə bağlı Oxu24.com-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, kişilər üçün pensiya yaşının yenidən artırılması nəinki gündəmdə deyil, həm də tamamilə yanlış və əsassız bir addım olardı:
"Kişilərə qarşı belə sərt addımın atılması qətiyyən doğru olmaz. Bu, ilk növbədə gender bərabərliyinin pozulması və kişilərin cəmiyyətdə sıxışdırılması deməkdir. Əgər statistik göstəricilərə görə kiminsə pensiya yaşı artırılmalı olsaydı, bu, kişilər yox, qadınlar olmalı idi. Çünki gözlənilən orta ömür müddəti qadınlarda daha uzundur. Azərbaycanda anadan olanda gözlənilən orta ömür müddəti qadınlarda 76 yaş, kişilərdə isə 74 yaş təşkil edir. Keçirilən islahatların da əsas məntiqi kişilərlə qadınların pensiya yaşını ən azından bərabərləşdirmək idi".
Ekspert vurğulayıb ki, pensiya yaşının 65-ə çatdırılmasının özü də hökumət tərəfindən cəmiyyətə qarşı atılmış kifayət qədər sərt addımdır:
"Dünyanın demək olar ki, heç bir ölkəsində pensiya yaşı 65-dən yuxarı deyil. Avropada da pensiya yaşı 65-dir, lakin orada insanlarda gözlənilən orta ömür müddəti 80 yaşın üstündədir — 81, 82, 83 yaş təşkil edir. Avropalı təqaüdə çıxanda ən azı 17-18 il pensiya ala bilir”.
Xalid Kərimli əlavə edib ki, Azərbaycanda kişi və qadın ortalamasını bir kənara qoysaq, kişilər pensiyaya çıxdıqdan sonra orta hesabla cəmi 9 il, qadınlar isə 11 il pensiya ala bilirlər. Bütün bu faktlar fonunda kişilər üçün pensiya yaşının daha da artırılması nə məntiqə sığır, nə də belə bir addımın atılması mümkündür.
Çimnaz Telmanqızı
23:16 / 24 Oktyabr 2026
156
22:52 / 24 Oktyabr 2026
120
22:34 / 24 Oktyabr 2026
113
22:14 / 24 Oktyabr 2026
89
22:05 / 24 Oktyabr 2026
292
21:42 / 24 Oktyabr 2026
1888
21:28 / 24 Oktyabr 2026
96
21:12 / 24 Oktyabr 2026
95
21:07 / 24 Oktyabr 2026
95
20:52 / 24 Oktyabr 2026
93
20:34 / 24 Oktyabr 2026
98
20:31 / 24 Oktyabr 2026
968
20:12 / 24 Oktyabr 2026
105
20:05 / 24 Oktyabr 2026
108
19:55 / 24 Oktyabr 2026
100
19:40 / 24 Oktyabr 2026
99
19:09 / 24 Oktyabr 2026
136
18:55 / 24 Oktyabr 2026
94
18:40 / 24 Oktyabr 2026
111
18:27 / 24 Oktyabr 2026
104
18:20 / 24 Oktyabr 2026
446
18:13 / 24 Oktyabr 2026
681
18:07 / 24 Oktyabr 2026
93
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.