Azəbaycan neftinin qiyməti 120 dolları ötüb
12 Sentyabr 2026, 11:23
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
673
29.07.2026, 18:05
Ölkəmizdə sürücüləri ən çox maraqlandıran və tez-tez mübahisələrə səbəb olan məsələlərdən biri avtomobillərin səsboğucu (qruşitel) sistemindən çıxan səsin maksimum həddidir. Bir çox avtomobil sahibi mühərrikin və ya səsboğucunun neçə desibelə qədər səs çıxarmasının qanuni olduğunu, hansı hallarda məsuliyyət yarandığını dəqiq bilmir. Əslində, nəqliyyat vasitələrinin səs-küy səviyyəsi həm beynəlxalq standartlar, həm də yerli qanunvericiliklə dəqiq tənzimlənir. Yollarda nəzarətin gücləndirildiyi bir vaxtda müəyyən olunmuş normanı keçən avtomobil sahiblərini ciddi sanksiyalar gözləyir. Normadan artıq səs yayan nəqliyyat vasitələri hüquqi müstəvidə nəinki cərimələnir, hətta cərimə meydançasına da aparıla bilər. Məsələ ilə bağlı qanunvericiliyin tələblərini və icazə verilən desibel həddini bilmək hər bir sürücü üçün böyük əhəmiyyət kəsb edir.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən vəkil Turan Abdullazadə avtomobillərdə icazə verilən səs həddi, beynəlxalq normalar və tətbiq olunan cərimələr barədə ətraflı məlumat verib:
"Birləşmiş Millətlər Təşkilatının (BMT) Avropa İqtisadi Komissiyasının müvafiq qaydalarına əsasən, M1 kateqoriyalı avtomobillər üçün maksimum səs-küy səviyyəsi 73-75 desibel (dB) aralığında ola bilər. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi məlumatına görə isə 85 desibeldən yuxarı səsə məruz qalmaq insanda eşitmə qüsuruna səbəb olur. Buradan belə bir nəticəyə gəlmək olar ki, 85 desibelə qədər olan səs nisbətən güvənli sayıla bilər”.
Onun sözlərinə görə, bəzi mənbələrdə Azərbaycanda səs standartlarına dair QOST 2006 standartının tətbiq olunduğu və burada M1 kateqoriyalı avtomobillər üçün maksimum həddin 96 desibel gösterildiyi qeyd edilir. Lakin bu standartı tətbiq etsəniz, cərimələnə bilərsiniz. Çünki 96 desibel həm ÜST-ün normativlərindən artıqdır, həm də Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Standartlaşdırma İnstitutunun rəsmi cavabına əsasən, Azərbaycan Respublikasında icazə verilən səs hədlərinin norması 75 desibeldir.
Sürücülər hansı halda cərimələnə bilər?
T.Abdullazadə qeyd edib ki, yekun olaraq məsələni belə qruplaşdıra bilərik:
•75 desibelə qədər: Avtomobilinizin səsboğucusundan çıxan səs 75 desibelə qədərdir, sizi heç kim cərimələyə bilməz və hər hansı problem yaşamayacaqsınız.
•75 – 84 desibel arası: Bu aralıq mübahisələndirilə bilən hissədir. Əgər bu göstəriciyə görə cərimə olunsanız, məsələni məhkəmə qaydasında mübahisələndirmək şansınız var.
•85 desibel və daha yuxarı: Səs səviyyəsi 85 desibeli keçdikdən sonra artıq qanunsuzluq hesab olunur. Bu halda avtomobiliniz mütləq qaydada cərimə meydançasına yerləşdiriləcək və siz 150 manat məbləğində cərimə olunacaqsınız. Bu göstəricidən yuxarı səsə görə cərimə tətbiq edilməsi tamamilə qanuni və ədalətlidir”.
Çimnaz Telmanqızı
00:51 / 13 Sentyabr 2026
24
00:35 / 13 Sentyabr 2026
132
00:14 / 13 Sentyabr 2026
312
00:06 / 13 Sentyabr 2026
149
23:49 / 12 Sentyabr 2026
62
23:38 / 12 Sentyabr 2026
116
23:34 / 12 Sentyabr 2026
63
23:31 / 12 Sentyabr 2026
58
22:35 / 12 Sentyabr 2026
65
22:31 / 12 Sentyabr 2026
59
22:26 / 12 Sentyabr 2026
92
22:25 / 12 Sentyabr 2026
130
22:22 / 12 Sentyabr 2026
76
22:14 / 12 Sentyabr 2026
79
22:13 / 12 Sentyabr 2026
581
22:02 / 12 Sentyabr 2026
290
21:52 / 12 Sentyabr 2026
146
21:34 / 12 Sentyabr 2026
286
21:25 / 12 Sentyabr 2026
1588
21:20 / 12 Sentyabr 2026
70
21:14 / 12 Sentyabr 2026
79
21:05 / 12 Sentyabr 2026
67
20:48 / 12 Sentyabr 2026
76
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.