Azərbaycanda kredit faizləri dəyişir? -İqtisadçı AÇIQLADI
09 Noyabr 2026, 22:21
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
688
02.07.2026, 12:47
İqtisadçı Eldəniz Əmirov ABŞ Federal Ehtiyat Sisteminin (FED) yeni sədri Kevin Uorşun Avropa Mərkəzi Bankının Sintra şəhərində keçirilən Mərkəzi Bankçılıq Forumunda verdiyi mesajları şərh edib.
Oxu24.com xəbər verir ki, ekspert bildirib ki, FED rəhbərinin gələcəkdə faiz qərarları ilə bağlı əvvəlcədən istiqamət vermək siyasətindən uzaqlaşacaqlarını bəyan etməsi qlobal maliyyə bazarları üçün mühüm əhəmiyyət daşıyır.
Eldəniz Əmirovun sözlərinə görə, bu dəyişiklik investorların diqqətinin mərkəzi bank rəhbərlərinin açıqlamalarından inflyasiya, məşğulluq, iqtisadi artım və digər makroiqtisadi göstəricilərə yönəlməsi deməkdir.
“Bundan sonra bazarlar hər yeni statistik məlumatı daha həssas şəkildə qiymətləndirəcək. Bu isə volatilliyin artmasına, istiqraz bazarında faizlərin daha kəskin dəyişməsinə və səhm bazarlarında qiymət dalğalanmalarının güclənməsinə səbəb ola bilər”, – deyə iqtisadçı vurğulayıb.
O qeyd edib ki, ABŞ-da faiz dərəcələrinin yüksək səviyyədə qalması və ya artırılması dolların möhkəmlənməsinə, beynəlxalq kapitalın bir hissəsinin yenidən ABŞ bazarlarına yönəlməsinə və inkişaf etməkdə olan ölkələrə investisiya axınının azalmasına gətirib çıxara bilər.
E.Əmirov hesab edir ki, bu tendensiya Azərbaycan da daxil olmaqla inkişaf etməkdə olan ölkələr üçün xüsusi əhəmiyyət daşıyır.
İqtisadçı əlavə edib ki, investorlar və biznes subyektləri qərarlarını siyasi və ya institusional bəyanatlardan daha çox real iqtisadi göstəricilərə əsaslandırmalıdırlar.
“Makroiqtisadi göstəricilər iqtisadiyyatın laborator analizinin nəticələri kimidir. Məhz həmin rəqəmlər gec-tez bazarların həqiqi istiqamətini müəyyənləşdirir. Bu göstəriciləri düzgün oxuyanlar üstünlük qazanır, yanlış qiymətləndirənlər isə itkilərlə üzləşirlər”, – deyə Eldəniz Əmirov bildirib.
09:46 / 10 Noyabr 2026
1
09:35 / 10 Noyabr 2026
48
09:26 / 10 Noyabr 2026
91
09:19 / 10 Noyabr 2026
77
08:56 / 10 Noyabr 2026
128
08:46 / 10 Noyabr 2026
136
08:42 / 10 Noyabr 2026
818
05:37 / 10 Noyabr 2026
145
05:27 / 10 Noyabr 2026
225
04:34 / 10 Noyabr 2026
148
04:12 / 10 Noyabr 2026
210
02:34 / 10 Noyabr 2026
176
02:02 / 10 Noyabr 2026
163
01:30 / 10 Noyabr 2026
417
01:19 / 10 Noyabr 2026
568
01:00 / 10 Noyabr 2026
251
00:25 / 10 Noyabr 2026
1237
00:20 / 10 Noyabr 2026
170
00:14 / 10 Noyabr 2026
554
00:08 / 10 Noyabr 2026
169
23:52 / 09 Noyabr 2026
308
23:52 / 09 Noyabr 2026
2705
23:48 / 09 Noyabr 2026
166
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.