Azərbaycanda kredit faizləri dəyişir? -İqtisadçı AÇIQLADI
09 Noyabr 2026, 22:21
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
832
29.06.2026, 11:43
“Mərkəzi Bank kredit risklərinin idarə edilməsi qaydalarına dəyişiklik edib. Bankdan dəyişiklikləri məsafədən maliyyə xidmətləri sahəsində risklərin azaldılması və istehlakçıların hüquqlarının qorunmasının gücləndirilməsi istiqamətində normativ bazanın təkmilləşdirilməsi ilə əlaqələndiriblər”.
Oxu24.com xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib.
O bildirib ki, bu ilin oktyabrından qüvvəyə minəcək dəyişikliklərə əsasən, müştərilərə məsafədən istehlak krediti müqavilələrinin bağlanmasına və kredit limitlərinin artırılmasına qarşı könüllü məhdudiyyət tətbiq etmək imkanı yaradılır:
“Yəni, riskləri nəzərə alaraq vətəndaş özü məsafədən kredit təklifini məhdudlaşdıra biləcək. Bu zaman, istənilən vətəndaşımız Azərbaycan Kredit Bürosu üzərindən sorğu yerləşdirməklə bütün kredit təşkilatlarında məsafədən kredit rəsmiləşdirilməsinə qadağa qoya biləcək. Yeni dəyişikliklərə əsasən, vətəndaşlar müştərisi olduqları kredit təşkilatına birbaşa müraciət etməklə yalnız həmin təşkilata məhdudiyyət tətbiq edə biləcəklər. Kredit təşkilatları məsafədən kredit rəsmiləşdirilmədən öncə bu qadağanı yoxlamalı və yalnız məhdudiyyət qoyulmadığı halda krediti verməlidirlər”.
Millət vəkili qeyd edib ki, qaydalarda digər dəyişiklik məsafədən bağlanılan istehlak krediti müqavilələri üzrə vəsaitlərin verilməsində “gözləmə müddəti”nin tətbiq edilməsidir:
“Belə ki, kreditin məbləği minimum əmək haqqının iki mislinədək olduqda vəsait 2 saat, bu həddi aşdıqda isə 24 saat sonra hesaba oturacaqdır. Mərkəzi Bank tərəfindən məsafədən kredit ilə bağlı qadağaların tətbiqi müsbət addım olsa da belə, bu daha çox ənənəvi yanaşmadır. Aydındır ki, bu qadağaların tətbiqinə səbəb məsafədən kredit rəsmilləşdirilməsi adı altında hakerlərin bir sıra hallarda vətəndaşları aldadaraq vəsaitlərini mənimsəməsidir. 2024-2025-ci illəri əhatə edən dövrdə kiberdələduzluq və haker hücumları nəticəsində ümumilikdə 22 milyon manatlıq maliyyə oğurluğu baş verib və 17 minə yaxın dələduzluq məqsədli bank kartı əməliyyatı qeydə alınıb. Bütün bunlar, qadağalar ilə yanaşı və yəqin ki, onlardan daha çox vacib olan təhlükəsizlik sistemlərinin daha da gücləndirilməsini aktuallaşdırıb. Azərbaycan Kredit Bürosu üzərindən bu məsələ ilə bağlı sorğu yerləşdirənlərin sayının çox olacağını proqnozlaşdırmaq çətindir. Belə olan halda, qadağa hüququndan istifadə edəcək vətəndaşlarımızın statistikası yeni qaydaların hansı formada səmərəli olduğunu göstərəcək.
“Gözləmə müddətinin” tətbiqi müsbət hal olsa da belə, daha məqsədəuyğun olardı məsafədən kreditləşmədə tranşlar tətbiq olunsun. Minimum əməkhaqqının iki misli bəzi kreditlər üzrə çox az, bəziləri üçün isə kreditin əhəmiyyətli hissəsidir. Bu baxımdan, daha məqsədəuyğun olardı ki, minimum əməkhaqqından çox olmamaq şərti ilə kredit məbləğinin 5 faizinədək ilkin tranş açılsın və kredit götürən şəxs tərəfindən vəsaitin alınması təsdiq olunduqdan sonra bir sutka ərzində qalan məbləğ ödənilsin”.
V.Bayramov bildirib ki, çox vacib məqamlardan biri də maarifləndirmədir:
“Vətəndaşlar arasında maliyyə və bank xidmətləri ilə bağlı maarifləndirmə genişlənməyincə hakerlər istənilən imkanlardan yararlanmağa çalışacaqlar. Maarifləndirmə isə yalnız Mərkəzi Bank tərəfindən deyil, fərqli və xüsusən də müstəqil steykholderlər tərəfindən həyata keçirilməlidir”.
11:28 / 10 Noyabr 2026
1
11:16 / 10 Noyabr 2026
75
11:04 / 10 Noyabr 2026
52
10:45 / 10 Noyabr 2026
77
10:39 / 10 Noyabr 2026
386
10:32 / 10 Noyabr 2026
85
10:28 / 10 Noyabr 2026
126
10:21 / 10 Noyabr 2026
164
10:17 / 10 Noyabr 2026
108
10:15 / 10 Noyabr 2026
130
10:10 / 10 Noyabr 2026
110
09:50 / 10 Noyabr 2026
438
09:46 / 10 Noyabr 2026
105
09:35 / 10 Noyabr 2026
133
09:26 / 10 Noyabr 2026
181
09:19 / 10 Noyabr 2026
127
08:56 / 10 Noyabr 2026
235
08:46 / 10 Noyabr 2026
341
08:42 / 10 Noyabr 2026
2796
05:37 / 10 Noyabr 2026
167
05:27 / 10 Noyabr 2026
272
04:34 / 10 Noyabr 2026
164
04:12 / 10 Noyabr 2026
221
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.