İran region ölkələri ilə ticarət əlaqələrini asanlaşdırmaq istəyir
15 İyun 2026, 19:55
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
100
19.06.2026, 12:42
Son dövrlər regionda baş verən qlobal geosiyasi və iqtisadi dəyişikliklər fonunda Azərbaycan və İran arasında nəqliyyat, logistika və investisiya sahəsində əməkdaşlığın gücləndirilməsi imkanları hər iki tərəfin diqqət mərkəzindədir. İki qonşu dövlət arasında nəqliyyat dəhlizlərinin aktivləşdirilməsi və iqtisadi tərəfdaşlığın yeni mərhələyə qaldırılması istiqamətində intensiv fikir mübadiləsi aparılır. Xüsusilə regional tranzit marşrutlarının genişləndirilməsi və İran şirkətlərinin Azərbaycanda reallaşdırılan irimiqyaslı layihələrə investisiya yatırmaq imkanları xüsusi aktuallıq kəsb edir.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən iqtisadçı Günay Hüseynova iki ölkə arasındakı iqtisadi münasibətlərin pərdəarxası məqamlarını, mövcud potensialı və gözlənilən riskləri geniş şəkildə təhlil edib.
Ekspert bildirib ki, hazırkı şəraitdə hər iki ölkənin sadə ticari əməkdaşlıqdan daha çox dərin iqtisadi maraqları mövcuddur:
“Yeni mərhələdə Azərbaycan üçün əsas hədəf ölkəyə xarici investorların cəlb edilməsi və tranzit gəlirlərinin artırılmasıdır. İran üçün isə regional yaxınlıq faktorundan istifadə etmək, ölkəsinə tətbiq olunan beynəlxalq iqtisadi sanksiyalardan dolayı bir növ “çıxış qapısı” tapmaq, öz investisiyalarını səmərəli dəyərləndirmək və xarici valyuta ilə qazanc əldə etmək kimi ciddi istəklər mühüm rol oynayır".
G.Hüseynova investisiya imkanlarının güclənməsinin həm Qarabağ regionu, həmçinin bütövlükdə Azərbaycan iqtisadiyyatı üçün xüsusi strateji əhəmiyyət daşıdığını vurğulayıb:
“Azərbaycan iqtisadiyyatı üçün alternativ gəlir mənbələrinin formalaşması hər zaman milli valyutanın (manatın) dəyərini qorumaqda, həmçinin qlobal risklərə qarşı bir növ dayaq funksiyası daşıyır. Digər tərəfdən, Azərbaycanın regionda artan nüfuzu, ədalətlilik prinsipi, dövlətin sahibkarlara göstərdiyi yüksək dəstək və milli valyutanın region ölkələrinə nisbətən sabit və dəyərli olması birbaşa investorların, xüsusilə də İran iş adamlarının maraq dairəsindədir".
ABŞ və İran arasındakı gərginliyin uzun müddətdir davam etdiyini xatırladan iqtisadçı, mövcud iqtisadi mühitdə xarici bazarlara yönəlmənin çıxış yolu olduğunu Tehran hökumətinin çox yaxşı anladığını bildirib:
“Bir çox dünya ölkələrinin, həmçinin Qərbin İranla ticarətdən üz döndərməsi bu ölkənin vəziyyətini iqtisadi baxımdan daha da çətinləşdirir. Məhz bu səbəbdən, sadalanan iqtisadi faktorlar və coğrafi regional yaxınlıq İranı Azərbaycanla sıx əməkdaşlığa yönləndirən əsas amillərdir. İran şirkətlərinin hazırda ölkəmizdə, xüsusilə də işğaldan azad edilmiş ərazilərdə və müasir sənaye zonalarında iştirak perspektivləri bu kontekstdə real görünür".
Layihələrdə hansı risklər var?
Məsələnin təbii ki, riskli tərəflərinin də olduğunu gizlətməyən Günay Hüseynova, rəsmi Bakının diqqətli olması gərəkən məqamları və çıxış yollarını belə sıralayıb:
“İrana və İran məhsullarına qarşı tətbiq olunacaq yeni sanksiyalar və ya sərt embarqolar dərhal bu yatırımların çökməsinə səbəb ola bilər. Bu riskləri minimuma endirmək üçün düşünürəm ki, tərəflər arasında hissəli (mərhələli) əməkdaşlıq modelləri qurulmalıdır. Digər və daha təhlükəsiz alternativ isə idarəetmənin və ya tamamı ilə söz sahibliyinin Azərbaycana məxsus olduğu müştərək əməkdaşlıq formatının seçilməsidir. Bu yolla Azərbaycan həm öz iqtisadi maraqlarını qoruya, həm də sanksiyaların gətirə biləcəyi mənfi təsirlərdən özünü sığortalaya bilər".
Çimnaz Telmanqızı
16:55 / 19 İyun 2026
12
16:52 / 19 İyun 2026
15
16:40 / 19 İyun 2026
52
16:28 / 19 İyun 2026
53
16:16 / 19 İyun 2026
44
16:11 / 19 İyun 2026
51
15:53 / 19 İyun 2026
85
15:40 / 19 İyun 2026
62
15:36 / 19 İyun 2026
70
15:25 / 19 İyun 2026
76
15:16 / 19 İyun 2026
87
15:16 / 19 İyun 2026
90
15:12 / 19 İyun 2026
81
15:03 / 19 İyun 2026
206
14:55 / 19 İyun 2026
186
14:47 / 19 İyun 2026
259
14:45 / 19 İyun 2026
107
14:45 / 19 İyun 2026
81
14:37 / 19 İyun 2026
92
14:26 / 19 İyun 2026
79
14:16 / 19 İyun 2026
72
14:13 / 19 İyun 2026
94
14:03 / 19 İyun 2026
204
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.