Rubl bahalaşdı
06 Aprel 2026, 10:00
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
330
06.04.2026, 13:48
Neftin qiymətinin bahalaşması müvəqqəti xarakter daşıyır—EKSPERTDƏN AÇIQLAMA
Dünya bazarında neftin qiymətinin son günlər kəskin artımı fonunda Azərbaycan cəmiyyətində ən çox verilən suallardan biri budur: "Manatın məzənnəsi dəyişəcəkmi?"
Yaxın Şərqdə gərginliyin artması və müharibə riskləri "qara qızıl"ın qiymətini yuxarı çəksə də, ölkəmizdə valyuta sabitliyi ilə bağlı müzakirələr yenidən gündəmə gəlib.
Oxu24.com xəbər verir ki, iqtisadçı Xalid Kərimli mövzu ilə bağlı məqamlara toxunub.
İqtisadçı bildirib ki, neftin qiymətinin bahalaşması milli valyutamız olan manatın məzənnəsinə heç bir təsir göstərməyəcək. Onun sözlərinə görə, Azərbaycanın hazırkı pul-kredit siyasəti sabitdir və manatın məzənnəsi mövcud səviyyədə qalmağa davam edəcək:
"Neftin bahalaşması manatın məzənnəsinə heç bir təsir göstərməyəcək, məzənnə elə olduğu kimi qalacaq. Artıq gələn vəsaitlər birbaşa Dövlət Neft Fondunda (ARDNF) toplanacaq”.
Xalid Kərimli qeyd edib ki, neft gəlirlərinin artması ölkənin ümumi iqtisadi kursunda hər hansı ciddi korrektələrə səbəb olmayacaq. Bunun əsas səbəbi isə bahalaşmanın fundamental yox, daha çox geosiyasi amillərlə bağlı olmasıdır.
Həmçinin oxuyun
Ekspertin qənaətinə görə, hazırkı qiymət artımı dayanıqlı deyil və müvəqqəti xarakter daşıyır:
“Qiymətləri qaldıran əsas faktor Yaxın Şərqdə davam edən müharibədir. Münaqişə bitdikdən sonra neftin qiymətinin yenidən aşağı düşməsi qaçılmazdır”,-deyə iqtisadçı əlavə edib.
Qeyd edək ki, vətəndaşlar üçün manatın məzənnəsi ilə bağlı narahatlığa heç bir əsas yoxdur. Azərbaycan hökuməti sabit məzənnə siyasətini qorumaqda qərarlıdır və xarici bazarlardakı konyuktura dəyişiklikləri daxili valyuta bazarına birbaşa təsir etməyəcək.
Çimnaz Telmanqızı
17:10 / 06 Aprel 2026
4
17:06 / 06 Aprel 2026
21
16:49 / 06 Aprel 2026
39
16:43 / 06 Aprel 2026
35
16:37 / 06 Aprel 2026
100
16:34 / 06 Aprel 2026
50
16:13 / 06 Aprel 2026
518
16:09 / 06 Aprel 2026
53
16:07 / 06 Aprel 2026
55
15:54 / 06 Aprel 2026
62
15:52 / 06 Aprel 2026
53
15:36 / 06 Aprel 2026
422
15:32 / 06 Aprel 2026
68
15:29 / 06 Aprel 2026
134
15:23 / 06 Aprel 2026
60
15:13 / 06 Aprel 2026
388
15:13 / 06 Aprel 2026
61
15:10 / 06 Aprel 2026
62
15:03 / 06 Aprel 2026
58
14:58 / 06 Aprel 2026
58
14:55 / 06 Aprel 2026
70
14:53 / 06 Aprel 2026
73
14:49 / 06 Aprel 2026
64
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.