Yeni avtomobillərin qiyməti bahalaşır
19 Fevral 2026, 19:08
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
78
19.02.2026, 18:51
Azərbaycanda kartof istehsalı və ixracı son illərdə artım göstərsə də, daxili bazarda yerli məhsulun payı getdikcə azalır. Vaxtilə Bakı bazarlarında həmişə əlçatan olan Gədəbəy, Tovuz kartofunu indi qış mövsümündə tapmaq müşkülə dönüb.
Oxu24.com xəbər verir ki, yerli və dadlı məhsulun bazarlardan yoxa çıxmasının bir sıra mühüm səbəbləri var. Bunlardan birincisi istehsalın azalmasıdır. Dövlət Statistika Komitəsinin statistikasına əsasənölkədə kartof əkini sahələri və istehsal həcmləri sürətlə azalır. Belə ki, kartofun əkin sahələri son 4 ildə -2022-2025-ci illərdə 54,8 min hektardan 44,9 min hektara, yığılan məhsul isə 1 milyon 74,3 min tondan 924,7 min tona qədər azalıb.
Ötən il Azərbaycanda 44,9 min hektar sahədə kartof əkilib ki, bu da 2024-cü illə müqayisədə 3,9 faiz, yaxud 1,8 min hektar azdır. Əkilən sahələrdən 924,7 min ton, yəni əvvəlki ildəkindən 0,3 faiz və ya 2,7 min ton az məhsul yığılıb.
Qeyd edək ki, ötən il kartof ixracı 2024-cü illə müqayisədə dəyər baxımından 7,9 milyon dollar və ya 38,5 faiz, miqdar baxımından isə 23,1 min ton və ya 47,8 faiz çox olub. Xatırladaq ki, 2024-cü ildə Azərbaycanın kartof ixracı kəskin azalmaqla 20,5 milyon dollar dəyərində 48,3 min tona bərabər olub.
Ən çox kartof yığılan 10 rayon – Siyahıda Gədəbəy və Tovuz yoxdur Pravda.az
Maraqlıdır ki, ixracımızdan fərqli olaraq, kartof idxalımızın coğrafiyası sürətlə genişlənir. Belə ki, 2025-ci ildə Azərbaycana idxal olunan 47 milyon 543,21 min dollarlıq 131 min 335,36 ton kartofun 59 min 961,28 tonunu Türkiyədən, 22 min 60,59 tonunu Gürcüstandan, 16 min 592,45 tonunu Pakistandan, 16 min 17,49 tonunu Rusiyadan, 13 min 551,12 tonunu İrandan, 1265,58 tonunu Suriyadan, 1169,13 tonunu Misirdən olmaqla, ümumilikdə 10 ölkədən almışıq. 28 milyon 387,66 min dollarlıq 71 min 430,17 ton kartofumuzu isə 90 faizi Rusiyaya olmaqla cəmi 6 ölkəyə satmışıq. İxrac coğrafiyamız postsovet məkanından kənara çıxmayıb.
Dövlət Gömrük Komitəsinin məlumatına əsasən bu ilin yanvar ayında xaricə 65 min dollar dəyərində 189 ton kartof satılıb. Göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 96,6 faiz, həcm baxımından isə 67,3 faiz çoxdur.
Bir qayda olaraq Azərbaycanda ixraca istixanalarda yetişdirilən faraş kartof yönəldilir. Daxili bazarda isə erkən yazda əkilərək iyun-iyul aylarında yığılan və qışa saxlanması mümkün olan kartof satılır. Məhz bu kartof sürətlə piştaxtalardan itməkdədir, onun yerini isə daha dadsız idxal kartofu tutur.
Həmçinin oxuyun
Bəs kartofun əkin sahələri niyə azalır? Tovuz rayonunda kartof becərən fermerlərin Azərtac-a dediklərinə görə, son illər kartof istehsalı xərcləri əhəmiyyətli dərəcədə yüksəlib. Əgər bir neçə il öncə bir hektar kartof sahəsinin becərilməsinə 5-6 min manat xərc çəkilirdisə, hazırda bu rəqəm 10 min manat civarındadır. Xərclərin artmasına əsas səbəb kimi xaricdən, xüsusilə Rusiya və Ukraynadan gətirilən sertifikatlı toxumların qiymətinin yüksəlməsi göstərilir. Hazırda fermerlər yüksək məhsuldar toxumun bir kiloqramını 1 – 1,30 manat aralığında əldə edirlər.Uzun illərdir kartofçuluqla məşğul olan fermer Şakir Sadıqov deyir ki, son vaxtlar yerli sortlardan deyil, daha məhsuldar olan xarici sortlardan istifadəyə üstünlük verilir: “Hazırda sahələrdə “Arizona” kartofunu əkirik. Bu, çox məhsuldar toxumdur və hər il gözlədiyimiz nəticəni verir. Toxumu əsasən xaricdən alırıq. Lakin keçən illə müqayisədə həm toxumun, həm də xidmət xərclərinin artdığını görürük. Yanacaq sərfiyyatı və digər xərclər səbəbindən əkin işlərinin qiyməti də artıb. Ötən il bir hektarın əkilməsi 100 manata başa gəlirdisə, bu il bu məbləğ 150 manata yüksəlib".
Rəsmi ərzaq balansından aydın olur ki, Azərbaycan əhalisi 2024-cü il ərzində 820,072 min ton kartof istehlak edib. 60,2 min ton kartof mal-qara və quşlara yedirdilib, 10,9 min ton qida məhsullarının istehsalına yönəldilib, 140,2 min ton toxum kimi istifadə olunub, 58,2 min ton itkiyə gedib, nəhayət, 48,5 min ton ixrac edilib.
Rəsmi rəqəmlərə nəzər yetirdikdə, Azərbaycanda yerli istehsalın ölkənin kartofa daxili tələbatını tam ödəyəcək həcmdə olduğunu söyləmək olar. Lakin reallıqda bu baş vermir, ölkə hər il xaricdən 150-200 min ton arası, bəzənsə daha çox kartof idxal edir.
Bunun əsas səbəbi isə kartofun saxlanması üçün anbarların azlığı, mövcud anbarlarda saxlama xərclərinin yüksəkliyi ilə bağlıdır. Belə ki, son illərdə becərilən sortların saxlanması üçün xüsusi şərtlərin təmin olunduğu anbarlara ehtiyac var. Vaxtilə Azərbaycanda yetişdirilən kartof sortlarını torpaq anbarda fevral-marta qədər saxlamaq mümkün olurdu. İndi yetişdirilən sortların bu formada saxlanması mümkün deyil. Lakin ölkədə kartofu qış aylarına qədər saxlamağa imkan verən anbarların tutumu çox aşağıdır. Bəzi məlumatlara görə, bu göstərici 150 min tona yaxındır. Hansı ki, noyabr-aprel aylarında ölkədə istehlak 350-400 min ton təşkil edir. Eyni zamanda mövcud anbarlarda kartof saxlanması xərcləri yüksək olduğuna görə onlardan istifadə səviyyəsi də aşağıdır. Bütün bunların nəticəsində dekabr ayından başlayaraq xüsusilə Azərbaycan əhalisinin 3-də birinin cəmləşdiyi Bakı şəhərində yerli kartofu tapmaq müşkülə çevrilir.
Sahibkarlar yeni anbarların qurulması üçün investisiya yatırmaq istəmirlər, çünki istifadə edən azdır, xərclər özünü doğrultmur. Dövlət 2016-2020-ci illərdə anbarların yaradılmasına dəstək verib, lakin bu sahədə ciddi irəliləyişlə nəticələnməyib.
Kartof təminatında idxaldan asılılığın aradan qaldırılmasının daha bir yolu onun ilboyu əkilməsi hesab olunur. Artıq dövlət təkrar kartof əkinlərinə ayrı subsidiya tətbiq edir. Belə ki, Aqrar Subsidiya Şurasının qərarına əsasən bu il müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri üzrə hər hektara 360, belə sistemlərlə təmin olunmayan əkin sahələri üzrə 300 manat, təkrar əkinlər üzrə isə 120 manat əkin subsidiyası veriləcək. Kartofun iki dəfə yetişdirilməsi üçün əlverişli iqlim şərtlərinin olduğu Gədəbəy, Cəlilabad, Tovuz, Şəmkir və digər rayonlarda bu subsidiyanın təkrar əkinləri stimullaşdıracağı gözlənilir.Musavat.com
22:34 / 19 Fevral 2026
12
22:32 / 19 Fevral 2026
22
22:29 / 19 Fevral 2026
20
22:25 / 19 Fevral 2026
27
22:17 / 19 Fevral 2026
24
22:07 / 19 Fevral 2026
104
22:00 / 19 Fevral 2026
32
21:38 / 19 Fevral 2026
521
21:35 / 19 Fevral 2026
39
21:22 / 19 Fevral 2026
36
21:16 / 19 Fevral 2026
59
21:16 / 19 Fevral 2026
41
21:09 / 19 Fevral 2026
235
21:01 / 19 Fevral 2026
374
20:58 / 19 Fevral 2026
51
20:56 / 19 Fevral 2026
44
20:53 / 19 Fevral 2026
38
20:47 / 19 Fevral 2026
95
20:30 / 19 Fevral 2026
70
20:17 / 19 Fevral 2026
73
20:02 / 19 Fevral 2026
66
19:48 / 19 Fevral 2026
55
19:39 / 19 Fevral 2026
80
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.