Zaur Baxşəliyev yenə ATV-də: Bu dəfə...
27 Aprel 2026, 10:43
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
778
19.02.2026, 17:42
Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında “Veysəloğlu”nun sponsorluğu ilə ərsəyə gələn “Naxçıvan Maarifi” sənədli-bədii filminin təqdimatı keçirilib.
Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, ardınca Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini, nazir vəzifələrini icra edən Həsən Seyidov bildirib ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan tariximizə, elmimizə, ədəbiyyatımıza və ictimai fikrimizə çoxsaylı görkəmli şəxsiyyətlər bəxş edib. O qeyd edib ki, bu şəxsiyyətlərin mühüm tarixi xidmətləri nəticəsində qədim diyarda elmi, ədəbi və mədəni fikrin inkişafı bir çox dövrlərdə nümunəvi xarakter daşıyıb.
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov çıxışında regionda maarifçi hərəkatın öyrənilməsinin, onun nəticələrinin üzə çıxarılmasının, xalq maarifinin və məktəbin vəziyyətinin, eləcə də mütərəqqi əsasda inkişafına təsir göstərən amillərin araşdırılmasının xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Bildirilib ki, bu istiqamətdə aparılan tədqiqatlar ölkənin pedaqoji fikir tarixinin zənginləşməsinə xidmət edir və müsbət təcrübə ilə mütərəqqi ənənələrdən bu gün də istifadə olunmasına imkan yaradır.
Təqdimatda çıxış edən fəlsəfə doktoru, dosent, Azərbaycan Respublikasının mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov vurğulayıb ki, bəhs olunan dövrdə Naxçıvanda maarifçi hərəkat yüksək səviyyəyə yüksəlib, elm və təhsil sahəsində ciddi nailiyyətlər əldə olunub. Qeyd edilib ki, Naxçıvan maarifçiləri təkcə müəyyən bir təbəqənin deyil, bütövlükdə millətin adından çıxış edərək cəmiyyət həyatının yaxşılaşdırılmasına çalışıblar.
Həmçinin oxuyun
Tədbir çərçivəsində Veysəloğlu Şirkətlər Qrupunun fəaliyyəti barədə qısa videoçarx nümayiş etdirilib.
Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və Baş icraçı direktoru Aydın Talıbov çıxışında “Naxçıvan Maarifi” filminin şirkət üçün yalnız mədəni layihə deyil, eyni zamanda strateji baxışın, təhsilə və milli-mənəvi dəyərlərə sadiqliyin ifadəsi olduğunu bildirib. O qeyd edib ki, film gənc nəslin öz köklərinə bağlı, savadlı və məsuliyyətli vətəndaş kimi formalaşmasına töhfə vermək məqsədi daşıyır. Eyni zamanda vurğulanıb ki, Azərbaycanın silinmiş və unudulmuş tarixinin bərpası istiqamətində birgə səylərin göstərilməsi mühüm əhəmiyyət kəsb edir.
Sonda “Naxçıvan Maarifi” sənədli-bədii filmi nümayiş olunub.




10:43 / 27 Aprel 2026
1
10:39 / 27 Aprel 2026
13
10:35 / 27 Aprel 2026
15
10:22 / 27 Aprel 2026
291
10:20 / 27 Aprel 2026
31
10:06 / 27 Aprel 2026
30
10:04 / 27 Aprel 2026
36
09:33 / 27 Aprel 2026
50
09:31 / 27 Aprel 2026
37
09:22 / 27 Aprel 2026
51
09:21 / 27 Aprel 2026
44
00:46 / 27 Aprel 2026
265
00:06 / 27 Aprel 2026
138
23:47 / 26 Aprel 2026
272
23:30 / 26 Aprel 2026
130
22:41 / 26 Aprel 2026
132
22:04 / 26 Aprel 2026
132
21:41 / 26 Aprel 2026
143
21:19 / 26 Aprel 2026
132
20:31 / 26 Aprel 2026
164
19:47 / 26 Aprel 2026
166
19:09 / 26 Aprel 2026
153
19:05 / 26 Aprel 2026
1443
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.