Qaynar xətt:

(+99450) 247 90 86

Qızılın qiyməti aşağı düşüb

İQTİSADİYYAT

301

14.05.2025, 17:48

Qızılın birja qiyməti aprelin əvvəlindən bəri ən aşağı səviyyəyə düşüb.

Çikaqo Ticarət Birjasında (CME) iyunun 14-də keçirilən ticarət əməliyyatları zamanı qızılın iyun fyuçersləri 1,69% ucuzlaşaraq 1 unsiya üçün 3193 dollar olub.

Bunu Bakı vaxtı ilə saat 16:47-ə olan ticarət məlumatları göstərir.

Qızılın qiyməti sonuncu dəfə aprelin 11-də bir unsiya üçün 3200 dollardan aşağı olub.

Reuters xəbər verir ki, ABŞ-Çin ticarət atəşkəsi təhlükəsiz aktivlərin cəlbediciliyini azaltdığı üçün qızıl ucuzlaşır. ABŞ və Çin arasında ticarət gərginliyinin yumşaldılması potensial qlobal tənəzzül qorxusunu azaldıb, investorların risk iştahını artırıb.

Qızıl qiymətləri keçən ay artan ticarət müharibəsi ilə bağlı narahatlıqlar fonunda bir unsiya üçün 3500 dollardan yuxarı qalxaraq rekord həddə çatdı.

Nigar