Sahil Babayev tapşırıqlar verdi -FOTOLAR
20 Noyabr 2026, 13:59
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
314
22.10.2024, 21:37
Ötən gecədən etibarən yağan yağış səbəbindən yollarda və nəqliyyatda bir sıra problemlər yaranıb. Bəzi küçələrdə yağış suyu yığılmasına görə ictimai nəqliyyatın hərəkətində çətinliklər yaranıb, gecikmələr olub.
Yağıntıların ictimai nəqliyyata, yollardakı vəziyyətə təsirini azaltmaq üçün hansı tədbirlər görülməlidir?
OXU24.COM bildirir ki, məsələ ilə bağlı Trend-in sualını nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı cavablandırıb.
"Havaların dəyişməsi və yağıntının normadan artıq olması onu göstərdi ki, Bakıda su-kanalizasiya sistemi düzgün qurulmayıb. Bundan başqa, arxada qalan problemlər də mövcuddur.
Bakıda yaşayış get-gedə sıxlaşır. 300 ailənin yaşadığı məhəllədə indi 500 ailə yaşayır, tikililər artır. Bu zaman su-kanalizasiya sisteminə diqqət yetirilmir. Tikinti şirkətləri özbaşınalıq edirlər. Ümumi xəttə qoşulanda artıq kanalizasiya sistemi dolub-daşır, bir az da yağıntı olan kimi kollektorlar çatdırmır.
Yəni problem və həll yolları göz qarşısındadır. Amma bu həll yollarına nə dərəcədə diqqət yetirilir, məsələ budur. Bütün aidiyyəti qurumlar bu işdə məsuliyyət daşıyır. Yolu su basdısa, ictimai nəqliyyat, təbii ki, işləyə bilməyəcək. Problemin həlli üçün addımlar atılmalı, su-kanalizasiya sistemi yenidən qurulmalıdır" - deyə o qeyd edib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Trend-in sorğusuna cavab olaraq bildirilib ki, yağış səbəbindən nəqliyyatın hərəkətində çətinliklər var.
Vurğulanıb ki, hava şəraiti ilə bağlı bəzi marşrutlarda interval fərqləri yaranıb.
Hazırda marşrut xətləri mövcud şəraitə uyğun olaraq tənzimlənir və sərnişinlərin təhlükəsiz hərəkətinin təmin edilməsi istiqamətində lazımi tədbirlər görülür. Sürücülərdən ara məsafəsi və sürət həddinə diqqət etmələri xahiş olunur.
Mikromobillik istifadəçiləri diqqətli olmalıdırlar. Yağışlı hava şəraitində yol səthi sürüşkən olduğundan sürətinizi azalmağınız və yol nişanlarına xüsusi diqqət yetirməyiniz zəruridir. Yola çıxarkən hava şəraitini nəzərə almalı və təhlükəsizlik qaydalarına riayət etmək lazımdır", - deyə qurumdan bildirilib.
Hava şəraiti bir sıra müntəzəm marşrutların fəaliyyətində dəyişikliklərə səbəb olub.
Məlumata görə, 191 nömrəli marşrut xətti: Q.Qarayev - Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon idarəsinədək fəaliyyət göstərir.
161 nömrəli marşrut xətti: Hövsan - Hövsan Zığ şosesi ilə hərəkət edərək Suraxanı istiqamətinə davam edir.
Koroğlu NMM-dən çıxan marşrut avtobusları Bakı Olimpiya Stadionu ərazisindən keçmədən Dərnəgül prospekti ilə "Koroğlu" stansiyasının "Piramida" çıxışı qarşısından fəaliyyətlərini davam etdirirlər.
"Bu dəyişikliklər sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədilə həyata keçirilib", deyə agentlikdən bildirilib.
19:20 / 22 Noyabr 2026
1
19:05 / 22 Noyabr 2026
150
18:54 / 22 Noyabr 2026
53
18:49 / 22 Noyabr 2026
74
18:21 / 22 Noyabr 2026
232
18:16 / 22 Noyabr 2026
108
18:02 / 22 Noyabr 2026
112
17:59 / 22 Noyabr 2026
80
16:38 / 22 Noyabr 2026
162
16:29 / 22 Noyabr 2026
128
16:18 / 22 Noyabr 2026
1825
16:00 / 22 Noyabr 2026
208
14:27 / 22 Noyabr 2026
164
14:11 / 22 Noyabr 2026
182
13:47 / 22 Noyabr 2026
513
13:20 / 22 Noyabr 2026
162
12:51 / 22 Noyabr 2026
186
12:30 / 22 Noyabr 2026
391
12:17 / 22 Noyabr 2026
1676
11:38 / 22 Noyabr 2026
2067
11:12 / 22 Noyabr 2026
299
10:51 / 22 Noyabr 2026
965
10:47 / 22 Noyabr 2026
311
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.