Qızıl və gümüş daha da ucuzlaşıb
25 Noyabr 2026, 09:25
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
261
18.06.2024, 15:40
Azərbaycana gələn ərəb turistlərinin sayında kəskin artım qeydə alınıb.
Oxu24.com xəbər verir ki, bu barədə iqtisadçı-ekspert, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabında məlumat paylaşıb.
Deputat bildirib ki, üçillik azalmadan sonra yenidən Körfəz dövlətlərindən Azərbaycana gələnlərin sayı artmaqdadır:
“Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin ilk 5 ayında əvvəlk ilin yanvar-may ayları ilə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 1,5 dəfə artaraq 156,3 min nəfərə çatıb. Bu dövrdə Avropa İttifaqıdan və MDB gələnlərin sayında isə dəfə deyil faiz artımları qeydə alınıb: uyğun olaraq 31,1 və 24,0 faiz. Körfəz dövlətlərindən gələnlərinin sayının artması turzim mövsümünün başlanması və bu istiqamətdə təbliğat-təqdimat tədbirlərinin genişləndirilməsi ilə bağlıdır.
Bütövlükdə, bu ilin yanvar-may aylarında Azərbaycana 965,6 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 35,4 faiz çox tursit gəlib. Gələnlərin 28,8 faizi Rusiya, 18,2 faizi Türkiyə, 9,4 faizi Hindistan, 9,3 faizi İran, 4,3 faizi Gürcüstan, 3,0 faizi Qazaxıstan, 2,5 faizi Səudiyyə Ərəbistanı, 2,4 faizi Pakistan, hər birindən 1,7 faiz olmaqla Özbəkistan və Birləşmiş Ərəb Əmirlikləri, 1,4 faizi Ukrayna, hər birindən 1,3 faiz olmaqla Türkmənistan, Çin və Küveyt, 1,2 faizi Belarus, 12,2 faizi digər ölkələrin vətəndaşları olmuşdur".
O qeyd edib ki, Hindistandan gələn turistlərin sayındakı artımlar bu ölkəni ilk üçlüyə daxil olmasına səbəb olub:
“İndiyədək Azərbaycana ən çox turistin gəldiyi 3 ölkə yalnız qonşu dövlətlər olurdu. Ötən ilin eyni dövrü ilə müqayisədə Çindən gələnlərin sayı 2,8 dəfə, Hindistandan - 2,6 dəfə, Cənubi Koreyadan - 2,2 dəfə, Qazaxıstandan - 1,8 dəfə, Filippindən - 1,8 dəfə, İspaniyadan - 1,7 dəfə, Səudiyyə Ərəbistanından - 1,7 dəfə, Tacikistandan - 1,7 dəfə, Qırğızıstandan - 1,7 dəfə, Bəhreyndən - 1,7 dəfə, Omandan - 1,6 dəfə, İrandan - 1,5 dəfə artıb.
Turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur. Pandemiyadan öncə illik turizm gəlirləri 2.7 milyard dollara yaxın idi. Bu sektor həmçinin məşğulluğa da xüsusi töhvə verir. Bu baxımdan, turizm infrastrukturunun daha da inkişaf etdirilməsi və qiymətlərin optimallaşdırılması Azərbaycana daha çox turistin gəlməsinə imkan yarada bilər.
2024-cü ilin ilk 5 ayında ölkəmizə gələn turistlərin sayında artım müşahidə olunsa da, daha qısa zamanda pre-pandemiya göstəricilərinə çatmaq prioritet olaraq qalmaqdadır”.
09:55 / 25 Noyabr 2026
19
09:50 / 25 Noyabr 2026
11
09:30 / 25 Noyabr 2026
357
09:30 / 25 Noyabr 2026
78
09:26 / 25 Noyabr 2026
87
09:25 / 25 Noyabr 2026
73
09:21 / 25 Noyabr 2026
85
09:00 / 25 Noyabr 2026
86
00:31 / 25 Noyabr 2026
176
00:17 / 25 Noyabr 2026
173
23:55 / 24 Noyabr 2026
194
23:48 / 24 Noyabr 2026
183
23:34 / 24 Noyabr 2026
185
23:33 / 24 Noyabr 2026
257
23:28 / 24 Noyabr 2026
185
23:22 / 24 Noyabr 2026
178
23:15 / 24 Noyabr 2026
179
23:03 / 24 Noyabr 2026
326
23:00 / 24 Noyabr 2026
374
22:54 / 24 Noyabr 2026
1627
22:44 / 24 Noyabr 2026
175
22:22 / 24 Noyabr 2026
1531
22:16 / 24 Noyabr 2026
221
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.