Qaynar xətt:

(+99450) 247 90 86

İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub 

İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub 

İDMAN

66

30.10.2026, 18:50

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakıda keçirilən FIFA U-15 dünya çempionatının və festivalının qalibi müəyyənləşib.

Oxu24.com-un məlumatına görə, A Divizionunun həlledici oyununda İspaniya və Çexiya komandaları üz-üzə gəlib.

Bakı Kristal Zalındakı qarşılaşmanı Azərbaycanın FIFA referisi Əliyar Ağayev idarə edib.

Görüş İspaniya seçməsinin qələbəsi ilə yekunlaşıb - 3:0.

Bundan əlavə, günün ilk yarısında B, C, D, E və F Divizionlarının da qalibi bəlli olub.

A Divizionu

Final

Çexiya - İspaniya 0:3

B Divizionu

Final

Portuqaliya - Zambiya 2:5 (33-cü yer uğrunda)

C Divizionu

Final

Tunis - Belarus 0:3 (65-ci yer uğrunda)

D Divizionu

Final

Kanada - Tacikistan 2:4 (97-ci yer uğrunda)

E Divizionu

Final

Mərkəzi Afrika Respublikası - Banqladeş 4:1 (129-cu yer uğrunda)

F Divizionu

Final

Yeni Zelandiya - Efiopiya 2:1 (161-ci yer uğrunda)

Xatırladaq ki, oktyabrın 24-də start götürən turnirdə dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak ediblər. Çempionat çərçivəsində 1000-ə yaxın oyun baş tutub. U-15 dünya çempionatı Hövsan Yarış Kompleksində keçirilib. Açılış və final görüşləri Bakı Kristal Zalında baş tutub.

Azərbaycan millisi yarışı 84-cü pillədə başa vurub.