Ərdoğan Ceyhun Bayramovu qəbul etdi
30 Oktyabr 2026, 19:07
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
937
30.10.2026, 18:43
Prezident İlham Əliyev gözlənildiyi kimi, Türk Dövlətləri Təşkilatının (TDT) Ankarada keçirilən sammitində iştirak etmədi. Azərbaycanı tədbirdə xarici işlər naziri Ceyhun Bayramov təmsil etdi.
Prezidentin sammitdə iştirak etməməsinin səbəbi kimi Bakıda keçirilən FIFA U-15 Dünya Çempionatı və festivalının mükafatlandırma mərasimində şəxsən iştirak etməsi göstərilir. Lakin aydındır ki, bu, yeganə səbəb deyil.
Ümumiyyətlə, görünən odur ki, Bakı ilə Ankara arasında inciklik hələ də davam edir. Düzdür, Oktay Saral vəzifəsindən uzaqlaşdırılıb, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə Prezident İlham Əliyevə zəng edərək onu sammitə dəvət edib. Lakin bütün bunlar Bakını narazı salan məqamları tam aradan qaldırmır.
Təəssüf ki, AKP-yə bağlı media resursları, eləcə də troll şəbəkələri və bəzi sosial şəbəkə istifadəçiləri hələ də Azərbaycana qarşı kampaniya aparır, Prezident İlham Əliyevin ünvanına sərt tənqidlər və təhqiramiz ifadələr səsləndirirlər. Əgər bu proses bu gün də davam edirsə və Ankara onun qarşısını almaq üçün təsirli addımlar atmırsa, Türkiyədə sammit zamanı hər hansı təxribatın baş verməyəcəyinə və ya aksiyaların keçirilməyəcəyinə heç kim zəmanət verə bilməz.
İkinci mühüm məqam Türkiyəli siyasətçilərin, xüsusilə də AKP iqtidarının bəzi nümayəndələrinin üst pərdədən danışıq tərzidir. Ankaranın Bakıya qarşı bərabərhüquqlu münasibətlərdən daha çox böyük qardaş-kiçik qardaş yanaşmasının nümayiş etdirməsi də Bakının narazılığına səbəb olan məsələlərdəndir.
Bütün bunlara baxmayaraq, Ceyhun Bayramovun sammitdə iştirakı Azərbaycanın türk dünyasındakı mövqeyinin dəyişdiyi anlamına gəlmir. Eyni zamanda, baş verənlər Azərbaycan–Türkiyə münasibətlərində hər şeyin bitdiyi demək də deyil.
Ümumiyyətlə, mən baş verənləri Türkiyə–Azərbaycan münasibətləri kontekstində dəyərləndirmirəm. Məsələ ondadır ki, Azərbaycan AKP iqtidarının sərgilədiyi mövqeyi, nümayiş etdirdiyi münasibəti və yanaşmanı bəyənmir. Narazılığını da bacardığı ən normal və diplomatik şəkildə ifadə edir.
Bu qədər!
Turan Rzayev
Globalinfo.az
19:35 / 30 Oktyabr 2026
5
19:24 / 30 Oktyabr 2026
31
19:12 / 30 Oktyabr 2026
56
19:07 / 30 Oktyabr 2026
63
18:56 / 30 Oktyabr 2026
70
18:50 / 30 Oktyabr 2026
69
18:27 / 30 Oktyabr 2026
71
18:17 / 30 Oktyabr 2026
90
18:14 / 30 Oktyabr 2026
161
18:07 / 30 Oktyabr 2026
113
18:01 / 30 Oktyabr 2026
209
18:00 / 30 Oktyabr 2026
147
17:51 / 30 Oktyabr 2026
68
17:47 / 30 Oktyabr 2026
646
17:35 / 30 Oktyabr 2026
258
17:20 / 30 Oktyabr 2026
96
17:19 / 30 Oktyabr 2026
112
17:15 / 30 Oktyabr 2026
102
16:53 / 30 Oktyabr 2026
214
16:33 / 30 Oktyabr 2026
111
16:20 / 30 Oktyabr 2026
828
16:20 / 30 Oktyabr 2026
206
16:06 / 30 Oktyabr 2026
117
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.