Lixtenşteyn - Azərbaycan: Heyətlər
13 Noyabr 2026, 23:22
Qaynar xətt:
(+99450) 247 90 86
İDMAN
387
13.09.2026, 11:00
Rumıniyada azarkeşlərin uşaqların iştirak etdiyi futbol oyunlarında davranışlarına nəzarətlə bağlı yeni qayda tətbiq olunacaq.
Oxu24.com xəbər verir ki, Rumıniya Futbol Federasiyası (FRF) U-7-dən U-16-ya qədər yaş qruplarında keçirilən turnirlərdə “qara kart” tətbiq etmək qərarına gəlib. Yeni intizam proseduru sentyabrın 11-də federasiyanın Fövqəladə Komitəsi tərəfindən təsdiqlənib.
Qara kart valideyn və digər azarkeşlərin uşaqlara, məşqçilərə, hakimlərə və matçda iştirak edən digər şəxslərə qarşı təhqir, hədə, fiziki zorakılıq və davamlı aqressiv davranışlarına görə tətbiq ediləcək.
Qayda üç mərhələdən ibarətdir. İlk insident zamanı hakim oyunu dayandıraraq məşqçilərdən azarkeşləri sakitləşdirməyi tələb edir. Davranış davam edərsə, qarşılaşma 10 dəqiqəlik dayandırılır və komandalar paltardəyişmə otağına göndərilir.
Oyun yenidən başladıqdan sonra da tribunadakı aqressiv davranış davam edərsə, hakim qarşılaşmanı başa çatdırır və “qara kart” göstərir. Bu halda oyun dayandırılır və artıq davam etdirilmir.
Qeyd edək ki, FRF-nin məlumatına görə, bu addım tribunadakı davranışlara görə xüsusi kart tətbiq edən dünyada ilk futbol federasiyasıdır.(qol.az)
08:09 / 14 Noyabr 2026
1
01:15 / 14 Noyabr 2026
102
00:40 / 14 Noyabr 2026
277
00:02 / 14 Noyabr 2026
920
23:58 / 13 Noyabr 2026
152
23:49 / 13 Noyabr 2026
150
23:40 / 13 Noyabr 2026
156
23:28 / 13 Noyabr 2026
155
23:22 / 13 Noyabr 2026
143
23:17 / 13 Noyabr 2026
381
23:09 / 13 Noyabr 2026
166
23:05 / 13 Noyabr 2026
144
23:02 / 13 Noyabr 2026
298
22:53 / 13 Noyabr 2026
152
22:49 / 13 Noyabr 2026
148
22:41 / 13 Noyabr 2026
146
22:36 / 13 Noyabr 2026
170
22:18 / 13 Noyabr 2026
152
22:13 / 13 Noyabr 2026
145
22:03 / 13 Noyabr 2026
1081
21:43 / 13 Noyabr 2026
1203
21:36 / 13 Noyabr 2026
148
21:29 / 13 Noyabr 2026
189
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.