Lixtenşteyn - Azərbaycan: Heyətlər
13 Noyabr 2026, 23:22
Qaynar xətt:
(+99450) 247 90 86
İDMAN
376
31.08.2026, 23:39
Misli Premyer Liqasında 2026/27 mövsümünün 3-cü turu çərçivəsində "Qarabağ" "Sumqayıt"a 1:0 hesabı ilə qalib gəlib.
Oxu24.com sportal.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında matç barədə fikirlərini bölüşüb və jurnalistlərin suallarını cavablayıb:
“Futbolçularımı təbrik edirəm. Azlıqda qalmağımıza baxmayaraq qalib gəlməyi bacardıq. Rəqib topla yaxşı oynayırdı və bəzən onların qarşısını almaqda çətinlik çəkirdik. Onlara uğurlar arzulayıram. Azarkeşlərimizə də bu havada bizi yalnız buraxmadıqları üçün təşəkkür edirəm”.
- Kadi Borgesin qırmızı vərəqə aldığı epizodu necə qiymətləndirirsiniz?
- Belə halın baş verməsi yolverilməzdir. Futbolçularımız həmişə nizam-intizamı ilə seçilib. “Tvente” ilə oyunda qırmızı vərəqə olduğunu düşünmürdüm, amma bu epizodda var idi. Yüngül iradlarımı da Kadiyə bildirdim. Mən nə qədər onları sakitləşdirsəm də, "Tvente" ilə matçdan sonra psixoloji gərginlik var idi və bunun olması da normal bir haldır.
- “Qarabağ” tam olaraq nə vaxt hazır olacaq?
- Buna bir qədər zaman lazımdır. Futbolçuların bir-birinə tam uyğunlaşması üçün vaxt gərəkdir. Oyundan-oyuna daha yaxşı olacağımızı düşünürəm.
- Bəzən bir addım irəli getmək üçün iki addım geri atmaq lazım olduğu deyilir. Bunu “Qarabağ”a aid etmək olar?
- Geri addım atmağın müəyyən faydası ola bilər. Amma bizim bir psixologiyamız var. Biz istəyərək geri addım atmalı deyilik. Rəqib bizə bunu vadar edir. Bəzən biz məcbur geri addım atırıq. Yenilənməyə ehtiyac var. Təcrübəli mütəxəssis Ferqyuson deyirdi ki, bir komandanın yenilənməsi üçün ən azı 3-4 il lazımdır. Bizdə bu vəziyyət olmasa da, müəyyən zamandan sonra yaxşılığa doğru irəliləyiş olacaq.
- “Tvente” ilə oyundan sonra futbol ictimaiyyətinin iki yerə bölünməsi barədə nə deyə bilərsiniz?
- Mənim sevdiyim, yaşadığım, güvəndiyim bir Azərbaycan var. 2 yerə bölünən anlayış mənim düşüncəmdə yoxdur. Vətən müharibəsindən sonra bu anlayış məndə bu fikir daha da qabardı. Fikir ayrılıqları ola bilər. Hər şey qaydasındadır. Bizim bir vəzifəmiz var. Meydanda döyüşməliyik. Heç bir yazıya cavab vermək niyyətində deyiləm.
00:40 / 14 Noyabr 2026
95
00:02 / 14 Noyabr 2026
382
23:58 / 13 Noyabr 2026
90
23:49 / 13 Noyabr 2026
89
23:40 / 13 Noyabr 2026
102
23:28 / 13 Noyabr 2026
102
23:22 / 13 Noyabr 2026
97
23:17 / 13 Noyabr 2026
240
23:09 / 13 Noyabr 2026
112
23:05 / 13 Noyabr 2026
102
23:02 / 13 Noyabr 2026
159
22:53 / 13 Noyabr 2026
112
22:49 / 13 Noyabr 2026
105
22:41 / 13 Noyabr 2026
105
22:36 / 13 Noyabr 2026
124
22:18 / 13 Noyabr 2026
112
22:13 / 13 Noyabr 2026
108
22:03 / 13 Noyabr 2026
673
21:43 / 13 Noyabr 2026
989
21:36 / 13 Noyabr 2026
114
21:29 / 13 Noyabr 2026
144
21:24 / 13 Noyabr 2026
374
21:03 / 13 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.