Lixtenşteyn - Azərbaycan: Heyətlər
13 Noyabr 2026, 23:22
Qaynar xətt:
(+99450) 247 90 86
İDMAN
309
16.08.2026, 20:19
"Əl-Nəsr"in və Portuqaliya milli komandasının kapitanı Kristian Ronaldo "Vogue" meqazinə verdiyi açıqlamada karyerasının sonu ilə bağlı məlumat verib.
Oxu24.com xəbər verir ki, peşəkar futbolçu karyerasının son mərhələsində olduğunu və bu mövsümün onun üçün sonuncu ola biləcəyini xüsusi vurğulayıb. 25 illik fədakarlıqla dolu karyerasının sonuna yaxınlaşan 41 yaşlı hücumçu, futboldan sonrakı həyatı üçün bütün planlarını öncədən hazırladığını və gələcəyini tam şəkildə formalaşdırdığını bildirib.
Ronaldo çıxışında bu sözləri ifadə edib:
"Ehtimal ki, bu mənim futboldakı son mövsümümdür və möhtəşəm bir miras qoyub tərk etmək istəyirəm."
Futbolu dayandırmağın daxilində böyük bir boşluq yaradacağını qəbul edən ulduz futbolçu bu boşluğu doldurmaq üçün artıq hər şeyi planlaşdırdığını deyib:
"Gələcəyim tamamilə planlaşdırılıb. Məni məşğul edəcək o qədər şey var ki, sadəcə birini demək çətindir. Çünki futbol böyük bir boşluq buraxa bilər, vaxtınızı yalnız bir yolla deyil, fərqli yollarla doldurmalısınız."
Əfsanəvi futbolçu təqaüd dövründə daha çox əylənmək, səyahət etmək, sevdiyi padel idman növləri ilə məşğul olmaq və illərdir verdiyi fədakarlıqların bəhrəsini ailəsi ilə birgə yaşamaq istədiyini vurğulayıb:
"Daha çox əylənmək, daha çox səyahət etmək, çox sevdiyim padel oyununu izləmək və oynamaq, qazandıqlarımın — qazandıqlarımızın həzzini çıxarmağa davam etmək istəyirəm. Çünki nəticədə bu, böyük fədakarlıqlarla keçən 25 il olub."
00:40 / 14 Noyabr 2026
95
00:02 / 14 Noyabr 2026
382
23:58 / 13 Noyabr 2026
90
23:49 / 13 Noyabr 2026
89
23:40 / 13 Noyabr 2026
102
23:28 / 13 Noyabr 2026
102
23:22 / 13 Noyabr 2026
97
23:17 / 13 Noyabr 2026
240
23:09 / 13 Noyabr 2026
112
23:05 / 13 Noyabr 2026
102
23:02 / 13 Noyabr 2026
159
22:53 / 13 Noyabr 2026
112
22:49 / 13 Noyabr 2026
105
22:41 / 13 Noyabr 2026
105
22:36 / 13 Noyabr 2026
124
22:18 / 13 Noyabr 2026
112
22:13 / 13 Noyabr 2026
108
22:03 / 13 Noyabr 2026
673
21:43 / 13 Noyabr 2026
989
21:36 / 13 Noyabr 2026
114
21:29 / 13 Noyabr 2026
144
21:24 / 13 Noyabr 2026
374
21:03 / 13 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.