Magistraturada keçid balı artacaq ixtisaslar - kimlərin şansı çoxdur?
07 May 2026, 18:49
Qaynar xətt:
(+99450) 247 90 86
İDMAN
541
11.02.2026, 11:56
ABŞ təmsilçisi “Kolumbus Kreu” klubuna transfer olunan “Qarabağ”ın və millimizin hücumçusu Nəriman Axundzadə Azərbaycan futbol tarixinə düşüb.
Oxu24.com transfermarket.com saytına istinadən xəbər verir ki, o, yerli futbolçular arasında xarici kluba transfer olunan ən bahalı oyunçudur.
Belə ki, MLS klubu 22 yaşlı forvard üçün 2,5 milyon avrosundan keçib. İndiyə qədər heç bir azərbaycanlı futbolçu bu qiymətə transfer edilməyib.
Bu günə qədər Azərbaycan Premyer Liqasından başqa kluba ən baha qiymətə transfer edilən yerli futbolçu Şahruddin Məhəmmədəliyev olub. O, 2023-cü ildə 900 min avro qarşılığında “Qarabağ”dan Türkiyənin “Adana Demirspor” klubuna keçib.
Premyer Liqamızdan gedərək legioner həyatı yaşayan ikinci ən bahalı oyunçu isə “Qarabağ”ın forvardı, baş məşqçi Qurban Qurbanovun oğlu Musa Qurbanlıdır. O da 2023-cü ildə “Qarabağ”dan İsveçin “Yuqorden” klubuna transfer olunub. İvseçlilər hücumçu üçün Ağdam təmsilçisinə 500 min avro ödəyib.
Azərbaycan çempionatından kənarda oynayarkən bir klubdan digərinə keçən azərbaycanlı oyunçuların da transfer məbləğləri Nəriman Axundzadə üçün ödənilən məbləğdən az olub.
2016/2017-ci illər mövsümündə Almaniyada doğulub sonra milliləşdirlən yığmamızın üzvü Deniz Yılmaz “Elazığspor”dan “Trabzonspor”a 1,8 milyon avro qarşılığında keçib.
Həmçinin oxuyun
Daha bir milliləşdirilmiş oyunçu Riçard Almeyda isə 2012-ci ildə Braziliyanın “Santo Andre” klubundan “Qarabağ”a 1,28 milyon avroya keçib.
2023-cü ildə Ramil Şeydayev Taylandın “Buriram Yunayted” klubundan Türkiyənin “Kocaelispor” klubuna 800 min avro qarşılığında transfer olunub.
Azərbaycan futbolunun əfsanələrindən olan Vəli Qasımov 1992-ci ildə Moskva “Dinamo”sundan İspaniya “Betis”inə 600 min avroya keçib.
Anton Krivotsyuk 2022-ci ildə Polşanın “Visla Plok” klubundan Cənubi Koreyanın “Daejeon Hana” klununa 600 min avroya transfer edilib.
11:21 / 08 May 2026
41
11:13 / 08 May 2026
45
11:09 / 08 May 2026
30
11:06 / 08 May 2026
28
10:59 / 08 May 2026
29
10:50 / 08 May 2026
437
10:37 / 08 May 2026
67
10:33 / 08 May 2026
48
10:29 / 08 May 2026
66
10:27 / 08 May 2026
50
10:24 / 08 May 2026
252
10:17 / 08 May 2026
54
10:05 / 08 May 2026
50
09:58 / 08 May 2026
47
09:57 / 08 May 2026
47
09:55 / 08 May 2026
519
09:23 / 08 May 2026
55
00:53 / 08 May 2026
356
00:49 / 08 May 2026
376
00:47 / 08 May 2026
393
00:37 / 08 May 2026
147
00:31 / 08 May 2026
190
00:25 / 08 May 2026
127
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.