Futbol üzrə Dünya Çempionatının bütün iştirakçıları bəlli olub - QRUPLAR
01 Aprel 2026, 11:15
Qaynar xətt:
(+99450) 247 90 86
İDMAN
692
04.01.2026, 19:07
Son illərdə gənclər arasında əzələ kütləsini artırmaq məqsədilə zülal (protein) tozlarından istifadənin artması sağlamlıq mütəxəssislərini narahat etməyə başlayıb.
Qastroenterologiya üzrə tanınmış mütəxəssis zülal tozlarının şüursuz və nəzarətsiz istifadəsinin həyat üçün təhlükə yaradacağını bildirib.
Oxu24.com -un məlumatına görə, Prof. Dr. Vedat Göral xəbərdarlıq edir ki, zülal tozları yalnız vizual olaraq cəlbedici bədən quruluşu və əzələ artımı üçün istifadə edilmir, eyni zamanda tərkibindəki zərərli maddələr - o cümlədən steroidlər - bədənə ciddi ziyan vura bilər. Bu maddələr uzun müddət istifadə olunduqda cinsi zəiflik, qaraciyər çatışmazlığı, siroz və hətta orqan transplantasiyası ehtiyacı ilə nəticələnə bilər.
Zülal tozlarının xüsusilə spirtlə birlikdə istifadəsi vəziyyəti daha da ağırlaşdırır. Prof. Dr. Vedat Göral bildirir ki, bu əlavələr ürək əzələlərinə və böyrəklərə də zərər verir:
"Bu məhsullar təkcə qaraciyər funksiyalarını deyil, həm də ürək və böyrək fəaliyyətini pozur. Artıq bəzi hallarda bu əlavələr səbəbindən gənclər həyatlarını belə itiriblər".
Həmçinin oxuyun
Mütəxəssis vurğulayır ki, zülal ehtiyacını təbii qidalardan qarşılamaq daha sağlam seçimdir:
"Gündə 3-4 yumurta, qatıq, pendir, balıq və ət kifayət qədər zülal təmin edə bilər. Təsadüfi mənbələrdən alınan protein tozları isə orqanizmə zərər verə bilər. Mütləq həkim məsləhəti ilə istifadə olunmalıdır".
Eyni zamanda protein tozlarının yüksək qəbulu kişilərdə cinsi zəifliyə və digər əlamətlər gətirib çıxara bilər.
01:41 / 02 Aprel 2026
207
00:54 / 02 Aprel 2026
188
23:49 / 01 Aprel 2026
100
23:40 / 01 Aprel 2026
119
23:15 / 01 Aprel 2026
154
23:04 / 01 Aprel 2026
162
22:55 / 01 Aprel 2026
155
22:40 / 01 Aprel 2026
151
22:30 / 01 Aprel 2026
249
22:14 / 01 Aprel 2026
173
22:08 / 01 Aprel 2026
174
21:54 / 01 Aprel 2026
132
21:39 / 01 Aprel 2026
176
21:36 / 01 Aprel 2026
116
21:35 / 01 Aprel 2026
88
21:29 / 01 Aprel 2026
109
21:24 / 01 Aprel 2026
178
21:20 / 01 Aprel 2026
66
21:17 / 01 Aprel 2026
92
21:14 / 01 Aprel 2026
77
21:11 / 01 Aprel 2026
91
21:10 / 01 Aprel 2026
69
21:06 / 01 Aprel 2026
73
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.