Qaynar xətt:

(+99450) 247 90 86

"Sumqayıt"dan yeni transfer

"Sumqayıt"dan yeni transfer

İDMAN

258

25.10.2024, 16:20

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Sumqayıt” daha bir futbolçunun keçidini reallaşdırıb.

Klubdan  verilən məlumata görə, “gənclik şəhəri” təmsilçisi son olaraq Özbəkistanın “Neftçi” (Fərqanə) klubunda çıxış etmiş Cəsurbek Cəloliddinovla mövsümün sonuna qədər müqavilə imzalayıb. 22 yaşlı yarımmüdafiəçi “Sumqayıt”ın heyətində 77 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, “Paris-2024” Yay Olimpiya Oyunlarının iştirakçısı olmuş Cəsurbek Cəloliddinov karyerası ərzində “Bunyodkor”, “Andijan”, “Lokomotiv” (Daşkənd), “Olimpik” (hamısı Özbəkistan), “Lokomotiv” (Moskva), “Tambov” (hər ikisi Rusiya) və “Kayrat” (Qazaxıstan) klublarında çıxış edib. O, Özbəkistanın U-19, U-21, U-23 və əsas milli komandalarının da şərəfini qoruyub.