"Araz-Naxçıvan"a qalib gələn "Neftçi" turnir cədvəlində vahid liderə çevrilib
22 Noyabr 2026, 16:29
Qaynar xətt:
(+99450) 247 90 86
İDMAN
363
16.10.2024, 13:09
Mesut Özilin ardınca dünya ulduzu Lionel Messi də Bakıya gələ bilər.
Oxu24.com xəbər verir ki, bu barədə News24.az-a ABŞ-da yaşayan azərbaycanlı Yura Davidov bildirib.
Onun sözlərinə görə, hazırda dünyaca məşhur şirkətlərdən biri möhtəşəm reklam çarxı çəkmək istəyir. Bu işə tanınmış futbolçu və müğənnilərin cəlb edilməsi gözlənilir:
"Hazırda reklam hazırlıqlarına başlanması üçün fikir mübadiləsi aparılır.
Reklamda, əsasən, ABŞ-da çıxış etmiş futbolçulardan bir neçəsinin çəkilməsi ehtimal olunur. Onlar Lionel Messi, Zlatan İbrahimoviç, Stiven Cerrard, Bastian Şvaynştayger kimi dünya ulduzlarıdır. Çox güman ki, bu futbolçuların arasından seçim ediləcək. Reklam çarxının özəl tərəfi isə qədim şəhərlərdə çəkilməsi olacaq.
Eyni zamanda şəhərlər arasında da seçim ediləcək. Siyahıda bu ölkələrin şəhərləri var ki, qədim İordaniya, Mərakeş, Yunanıstan, Misir, Türkiyə şəhərləridir. Hətta aralarında Azərbaycanın paytaxtı Bakının da adı keçib.
Reklam çarxına start verilsə, seçimlər arasında Bakı şəhəri olarsa gələn ilin ikinci yarısında Bakıda Lionel Messini görə bilərik", - o qeyd edib.
Qeyd edək ki, sifarişçi məşhur avtomobil şirkətlərindən biridir.
22:36 / 22 Noyabr 2026
74
22:08 / 22 Noyabr 2026
529
21:14 / 22 Noyabr 2026
129
21:06 / 22 Noyabr 2026
137
20:56 / 22 Noyabr 2026
1190
20:30 / 22 Noyabr 2026
445
19:33 / 22 Noyabr 2026
993
19:20 / 22 Noyabr 2026
141
19:05 / 22 Noyabr 2026
1286
18:54 / 22 Noyabr 2026
131
18:49 / 22 Noyabr 2026
167
18:21 / 22 Noyabr 2026
442
18:16 / 22 Noyabr 2026
202
18:02 / 22 Noyabr 2026
171
17:59 / 22 Noyabr 2026
156
16:38 / 22 Noyabr 2026
225
16:29 / 22 Noyabr 2026
165
16:18 / 22 Noyabr 2026
2723
16:00 / 22 Noyabr 2026
265
14:27 / 22 Noyabr 2026
184
14:11 / 22 Noyabr 2026
209
13:47 / 22 Noyabr 2026
628
13:20 / 22 Noyabr 2026
180
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.