Qaynar xətt:

(+99450) 247 90 86

“Qarabağ” - “Malmö” oyununun biletləri satışa çıxarılır

“Qarabağ” - “Malmö” oyununun biletləri satışa çıxarılır

İDMAN

396

27.09.2024, 13:12

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

UEFA Avropa Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Malmö" (İsveç) oyununun biletləri bu gün saat 12:00-dan etibarən satışa çıxarılacaq.

Oxu24.com xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manat təşkil edir.

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlərimiz üçün biletlərin qiyməti isə 300 manatdır.

Azarkeşlər biletləri Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şop, Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından və iTicket.az-ın satış məntəqələrindən əldə edə bilər.

Qeyd edək ki, qarşılaşma oktyabrın 3-də, Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.