Qaynar xətt:

(+99450) 247 90 86

Bu gün Misli Premyer Liqasında Azərbaycan derbisi keçiriləcək

Bu gün Misli Premyer Liqasında Azərbaycan derbisi keçiriləcək

İDMAN

298

20.09.2024, 15:28

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün futbol üzrə Misli Premyer Liqasında VII tura start veriləcək.

Oxu24.com xəbər verir ki, açılış matçında yeni mövsümə uğursuz başlayan “Kəpəz” Tovuz şəhər stadionunda “Şamaxı”nı qəbul edəcək. Görüş saat 17:00-da start götürəcək. Qarşılaşmanı Cavid Cəlilov idarə edəcək.

Xalı olmayan Gəncə təmsilçisi sonuncu – 10-cu pillədə qərarlaşıb. “Şamaxı” isə 8 xalla 6-cı sıradadır.

Turun mərkəzi görüşü Suraxanıda baş tutacaq. “Qarabağ” “Azersun Arena”da “Neftçi” ilə üz-üzə gələcək. Azərbaycan derbisi saat 20:00-da başlayacaq. Oyunun baş hakimi FIFA referisi Əliyar Ağayev olacaq.

Rəqiblərindən 1 oyun az keçirən Ağdam klubu hazırda 12 xalla 2-ci, aktivində 4 xalı olan “Neftçi” isə 9-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, turun digər oyunları sentyabrın 21-22-də təşkil olunacaq.