Aparıcının öldüyü qəzadan FOTO
23 Noyabr 2026, 09:31
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
58
23.11.2026, 09:39
2027-ci ildə Azərbaycanda növbəti sosial islahat paketinin həyata keçirilməsi nəzərdə tutulur. Artıq bununla bağlı maliyyə təminatı dövlət büdcəsinin layihəsində öz əksini tapıb.
Proses hansı sahələrə şamil olunacaq?
Oxu24.com xəbər verir ki, globalinfo.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, nəzərdə tutulan sosial paketin əsas istiqaməti əhalinin gəlirlərinin artırılması və inflyasiyanın insanların alıcılıq qabiliyyətinə təsirinin yumşaldılması olacaq:
“Artıq rəsmi açıqlamalardan da görünür ki, söhbət yalnız pensiyaların artırılmasından getmir. Əməkhaqlarının və sosial ödənişlərin artırılması da nəzərdə tutulan tədbirlər sırasındadır. Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev bununla bağlı növbəti, altıncı sosial islahat paketinin hazırlanması üçün büdcədə maliyyə təminatının yaradıldığını bildirib. İlk növbədə pensiyaların artırılması gözləniləndir. Çünki Azərbaycanda pensiyaların indeksləşdirilməsi orta aylıq əməkhaqqının artımına uyğun həyata keçirilir. Mövcud büdcə proqnozlarında 2027-ci ildə pensiyaların təxminən 7,5 faiz indeksləşdirilməsi üçün 575,5 milyon manat vəsait nəzərdə tutulub. Bu, pensiyaçıların gəlirlərində artım olacağını göstərir”.
İqtisadçı bildirib ki, minimum əməkhaqqının, minimum pensiyanın, müavinətlərin və dövlət sektorunda çalışanların əməkhaqlarının artırılması da sosial paketin mümkün istiqamətlərindəndir:
“Xüsusilə aztəminatlı ailələrə, əlilliyi olan şəxslərə, şəhid ailələrinə və digər həssas sosial qruplara dəstəyin genişləndirilməsi gündəmdə ola bilər. Amma burada bir məqamı nəzərə almaq lazımdır. Maaş və pensiyaların artırılması özü-özlüyündə əhalinin real rifahının yüksəlməsi demək deyil. Əgər artımla paralel olaraq ərzaq, kommunal xidmətlər və digər gündəlik tələbat məhsullarının qiymətləri də yüksəlirsə, vətəndaşın əldə etdiyi əlavə gəlirin bir hissəsi yenidən xərclərə gedəcək. Ona görə də sosial paketin effektivliyi yalnız ayrılacaq vəsaitin həcmi ilə yox, insanların real alıcılıq qabiliyyətinə göstərəcəyi təsirlə ölçülməlidir. Konkret artım faizləri, məbləğlər isə müvafiq qərarlar və fərmanlar imzalandıqdan sonra məlum olacaq”.
09:46 / 23 Noyabr 2026
5
09:35 / 23 Noyabr 2026
43
09:31 / 23 Noyabr 2026
90
09:19 / 23 Noyabr 2026
65
08:47 / 23 Noyabr 2026
535
08:32 / 23 Noyabr 2026
105
08:24 / 23 Noyabr 2026
98
00:24 / 23 Noyabr 2026
199
00:11 / 23 Noyabr 2026
246
23:56 / 22 Noyabr 2026
202
23:43 / 22 Noyabr 2026
714
23:28 / 22 Noyabr 2026
695
23:26 / 22 Noyabr 2026
184
22:59 / 22 Noyabr 2026
730
22:36 / 22 Noyabr 2026
206
22:08 / 22 Noyabr 2026
1322
21:14 / 22 Noyabr 2026
209
21:06 / 22 Noyabr 2026
237
20:56 / 22 Noyabr 2026
1894
20:30 / 22 Noyabr 2026
633
19:33 / 22 Noyabr 2026
1242
19:20 / 22 Noyabr 2026
206
19:05 / 22 Noyabr 2026
1582
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.