Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanlı boksçuya ömürlük cəza verildi

Azərbaycanlı boksçuya ömürlük cəza verildi

İDMAN

411

05.07.2024, 15:46

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiya Boks Federasiyası azərbaycanlı boksçu Cavid Rzayevi ömürlük idmandan uzaqlaşdırıb.

Oxu24.com xəbər verir ki, buna səbəb onun “Hardkor” təşkilatının turnirində qalmaqal yaratmasıdır. 

Belə ki, azərbaycanlı boksçu Rusiya idmançısı Sergey Prixodkonu məğlub etdiyi görüşdən sonra digər boksçu Artur Kulinskini “rus donuzu” adlandıraraq təhqir etmişdi. Ardınca Rzayev dava salmaq istəsə də, aparıcı tərəfindən dayandırılmışdı.

Qalmaqaldan sonra Rusiya Boks Federasiyası Baş Prokurorluqdan azərbaycanlı döyüşçünün ekstremizmlə bağlı ifadələrinin yoxlanılmasını tələb etmişdi.