Qaynar xətt:

(+99450) 247 90 86

AÇ-nin tarixinə düşən gürcü oyunçu “Monako”ya keçir

AÇ-nin tarixinə düşən gürcü oyunçu “Monako”ya keçir

İDMAN

213

28.06.2024, 16:14

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Almaniyada keçirilən Avropa çempionatında qrup mərhələsində 3 qol vuran yeganə hücumçu olmaqla tarixə düşən Gürcüstan yığmasının forvardı Georges Mikautadze Fransada klubunu dəyişəcək.

Oxu24.com xəbər verir ki, hazırda “Metz”də çıxış edən oyunçu “Monako”ya keçəcək.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Knyazlıq təmsilçisi 23 yaşlı forvardla şəxsi şərtləri razılaşdırıb. “Monako” Avropa çempionatı bitmədən transferi rəsmiləşdirmək istəyir.

Qeyd edək ki, futbolçunun “Metz”lə müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.