Qaynar xətt:

(+99450) 247 90 86

Ronaldo Avropa çempionatlarında yeni rekorda imza atdı

Ronaldo Avropa çempionatlarında yeni rekorda imza atdı

İDMAN

278

28.06.2024, 11:27

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun futbolçusu Kriştiano Ronaldo Avropa çempionatlarında daha bir rekorda imza atıb.

Oxu24.com xəbər verir ki, 39 yaşlı hücumçunun ilk dəfə çıxış etdiyi Avro-2004-dəki birinci oyunu ilə Avro-2024-dəki son matçı arasında 20 il 14 gün fərq var.

Ulduz futbolçu bu göstərici ilə Almaniya yığmasının əfsanəvi oyunçusu Lotar Matteusu (20 il 6 gün) geridə qoyub. Onları digər portuqaliyalı Pepe və xorvatiyalı Luka Modriç izləyirlər. Həmin futbolçularda bu fərq 16 ilə yaxındır.

Qeyd edək ki, Portuqaliya seçməsi turnirdə mübarizəni davam etdirdikcə, Kriştiano Ronaldo öz rekordunu daha da yaxşılaşdıracaq.