Qaynar xətt:

(+99450) 247 90 86

Portuqaliya Çexiya üzərində qələbə qazandı - "Avro-2024"

Portuqaliya Çexiya üzərində qələbə qazandı - "Avro-2024"

İDMAN

415

19.06.2024, 11:20

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında növbəti oyun keçirilib.

Oxu24.com xəbər verir ki, F qrupunun ikinci matçında Portuqaliya və Çexiya komandaları üz-üzə gəlib. Görüş portuqalların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 62-ci dəqiqədə Lulas Provod açsa da, 7 dəqiqə sonra çexiyalıların heyətində Roben Hranak avtoqol müəllifi olub. Portuqaliya seçməsinə qələbə gətirən qolu isə 90+2-ci dəqiqədə Fransisko Konseysao vurub.

Qrupun ilk görüşündə Türkiyə yığması Gürcüstanı 3:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.