Tramp İranla bağlı qərarını verdi
09 Noyabr 2026, 00:50
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
209
08.11.2026, 22:07
Çexiyada avtomobil yolu tikintisi zamanı arxeoloqların qarşısına yaşı 2 min ildən çox olan nəhəng Kelt yaşayış məskəni çıxıb.
Oxu24.com xarici KİV-ə istinadən xəbər verir ki, Hradec-Kralove şəhəri yaxınlığında aparılan ikiillik qazıntılar zamanı qızıl və gümüş sikkələr, kəhrəba, şüşə qablar və minlərlə metal əşya aşkarlanıb.
Dəmir dövrünə aid yaşayış məskəninin təxminən 25 hektar ərazini əhatə etdiyi müəyyənləşib. Tapıntıların miqyası isə arxeoloqları təəccübləndirib. Belə ki, iki il ərzində toplanaraq çeşidlənən tarixi əşyalar ümumilikdə 22 min kisəni doldurub.
Aşkar edilən əşyalar arasında Kelt sikkələri, onların hazırlanmasında istifadə olunan qəliblər, Baltik kəhrəbası və metal qab qalıqları da var.
Mütəxəssislərin məlumatına görə, bölgədə əvvəllər aşkar edilən oxşar yaşayış məskənləri əsasən 1-2 hektar ərazini əhatə edib. Yeni tapıntı isə ölçüsünə görə onlardan xeyli böyükdür.
Qazıntı işlərinə rəhbərlik edən Matuş Holas bildirib ki, araşdırmalar 2023-cü ildə başlayıb və məhz avtomobil yolu layihəsi sayəsində bu tarixi məkan üzə çıxıb. Onun sözlərinə görə, yol tikintisi olmasaydı, yaşayış məskəni uzun illər kəşf edilmədən qala bilərdi.
Arxeoloqlar ərazidə müdafiə divarları və xəndəklər aşkar etməsələr də, yaşayış evlərinin, istehsalat emalatxanalarının və iki müqəddəs tikilinin qalıqlarını tapıblar.
Yol çəkmək istəyirdilər, 22 min kisə xəzinə tapdılar BAKU.WS
04:25 / 09 Noyabr 2026
177
02:31 / 09 Noyabr 2026
169
01:34 / 09 Noyabr 2026
195
01:20 / 09 Noyabr 2026
362
01:10 / 09 Noyabr 2026
287
01:06 / 09 Noyabr 2026
166
00:58 / 09 Noyabr 2026
290
00:50 / 09 Noyabr 2026
202
00:29 / 09 Noyabr 2026
743
00:25 / 09 Noyabr 2026
461
00:21 / 09 Noyabr 2026
164
00:17 / 09 Noyabr 2026
139
00:12 / 09 Noyabr 2026
140
23:49 / 08 Noyabr 2026
196
23:45 / 08 Noyabr 2026
175
23:18 / 08 Noyabr 2026
1149
23:14 / 08 Noyabr 2026
182
23:09 / 08 Noyabr 2026
262
23:07 / 08 Noyabr 2026
226
22:35 / 08 Noyabr 2026
503
22:32 / 08 Noyabr 2026
420
22:16 / 08 Noyabr 2026
168
22:07 / 08 Noyabr 2026
189
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.