Qaynar xətt:

(+99450) 247 90 86

Nikahdan əvvəl alınan evin taleyi necə olur?

Nikahdan əvvəl alınan evin taleyi necə olur?

HÜQUQ

32

06.11.2026, 23:37

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Boşanma zamanı nikahdan əvvəl alınan evə hüququnuz yarana bilərmi?

Mövzu ilə bağlı Oxu24.com-a danışan vəkil Azər İbrahimov bildirib ki,ev həyat yoldaşınızın adınadır və nikahdan əvvəl alınıbsa, bu, hər vəziyyətdə həmin evlə bağlı hüququnuzun yarana bilməyəcəyi demək deyil.

Mülki Məcəllənin 225.4-cü maddəsinə əsasən, nikah dövründə ümumi vəsait və ya digər tərəfin şəxsi vəsaiti hesabına əmlakın dəyəri əhəmiyyətli dərəcədə artırılıbsa, həmin əmlak birgə mülkiyyət hesab edilə bilər.

Buraya əsaslı təmir, yenidənqurma və əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran digər işlər aid ola bilər.

Ən vacib məsələ nədir?

Təmirə vəsait qoyulduğunu sübut etmək

Görülən işləri və xərcləri sənədləşdirmək

 Əmlakın dəyərindəki artımı əsaslandırmaq

Unutmayın, hər təmir işi avtomatik olaraq ev üzərində birgə mülkiyyət hüququ yaratmır. Hər bir halın konkret hallarına və sübutlara əsasən hüquqi qiymət verilir.

Belə vəziyyətdə hüquq və öhdəliklərinizi dəqiq bilmək üçün hüquqi məsləhət almağınız vacibdir.

Nigar