Binaların girişindəki kameralarla bağlı MÜHÜM XƏBƏR
05 Noyabr 2026, 21:40
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
38
05.11.2026, 22:33
Boşanma prosesi uzanırsa, aliment almaq üçün məhkəmənin yekun qərarını gözləməlisiniz?
Mövzu ilə bağlı Oxu24.com-a danışan vəkil Azər İbrahimov bildirib ki,boşanma prosesi zamanı bəzi valideynlər müxtəlif səbəblərlə məhkəmə prosesinin uzanmasına çalışır. Bu müddətdə isə uşağın gündəlik ehtiyacları, təhsili, müalicəsi və digər xərcləri davam edir.
Bəs belə vəziyyətdə uşaq alimentdən məhrum qalmalıdırmı? Cavab birmənalı olaraq,Xeyr!
Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Yəni alimentin hesablanması üçün boşanma haqqında yekun məhkəmə qərarının qüvvəyə minməsini gözləmək tələb olunmur.
Daha vacibi, Ailə Məcəlləsinin 101-ci maddəsinə əsasən, məhkəmə aliment tələbinə dair yekun qərar qəbul edilənədək alimentin müvəqqəti tutulmasını da qət edə bilər.
Bunun üçün uşağın saxlanılması ilə bağlı mövcud ehtiyacları, ailənin maddi vəziyyətini və müvəqqəti alimentin zəruriliyini əsaslandıran halları məhkəməyə təqdim etmək vacibdir.
Unutmayın, məhkəmə mübahisəsinin davam etməsi uşağın ehtiyaclarını gözlətmir. Valideynlərin övladlarını saxlamaq vəzifəsi isə boşanma prosesindən asılı deyil.
Hüquqlarınızı bilin və uşağınızın qanuni mənafelərinin qorunması üçün vaxtında hüquqi addımlar atın.
Nigar
22:44 / 05 Noyabr 2026
81
22:27 / 05 Noyabr 2026
34
22:20 / 05 Noyabr 2026
42
22:14 / 05 Noyabr 2026
43
22:06 / 05 Noyabr 2026
49
21:53 / 05 Noyabr 2026
49
21:50 / 05 Noyabr 2026
77
21:40 / 05 Noyabr 2026
68
21:35 / 05 Noyabr 2026
119
21:27 / 05 Noyabr 2026
331
21:25 / 05 Noyabr 2026
79
21:15 / 05 Noyabr 2026
196
21:14 / 05 Noyabr 2026
85
21:00 / 05 Noyabr 2026
222
20:58 / 05 Noyabr 2026
101
20:47 / 05 Noyabr 2026
174
20:44 / 05 Noyabr 2026
97
20:37 / 05 Noyabr 2026
121
20:22 / 05 Noyabr 2026
233
20:19 / 05 Noyabr 2026
143
20:11 / 05 Noyabr 2026
308
20:07 / 05 Noyabr 2026
101
19:59 / 05 Noyabr 2026
174
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.