Tramp İranla bağlı qərarını verdi
09 Noyabr 2026, 00:50
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
361
08.11.2026, 20:46
"Ginnesin Rekordlar Kitabı"na dünyanın ən kiçik kütləvi istehsal olunan avtomobili kimi düşən "Peel P50" hərraca çıxarılır.
Oxu24.com xəbər verir ki, Böyük Britaniyanın Uorvikşir şəhərindəki "Iconic Auctioneers" hərrac evi tərəfindən satılacaq 1964-cü il istehsalı üçtəkərli mikromodel üçün 40-60 min funt-sterlinq arasında qiymət proqnozlaşdırılır.
Cəmi 137 santimetr uzunluğunda və 106 santimetr enində olan zeytun yaşılı avtomobil cəmi bir nəfər və bir alış-veriş çantası üçün nəzərdə tutulub. Avtomobilin arxa ötürücü pilləsi olmadığı üçün sürücü geriyə hərəkət etmək məqsədilə arxadakı xüsusi tutacaqdan tutaraq nəqliyyat vasitəsini əl ilə qaldırıb çevirməlidir. Şəhər içi istifadə üçün dizayn edilən bu mikromodel 49 sm³ həcmində mühərriklə təchiz olunub və maksimum 64 km/saat sürət yığır.
1962-1965-ci illər arasında cəmi 50 ədəd istehsal olunan "Peel P50" modelindən günümüzə 30-dan az nümunə çatıb. 1964-cü ildə 199 funt-sterlinqə (hazırkı alıcılıq qabiliyyəti ilə təxminən 3635 funt) satılan bu nəqliyyat vasitəsi nadirliyinə görə dövrün bir çox klassik Britaniya idman avtomobillərindən daha baha qiymətləndirilir. Hərraca çıxarılacaq nümunə 1964-cü ildən bu ilin əvvəlinə qədər Finlandiyada orijinal vəziyyətdə saxlanılıb. Satış 14 noyabr tarixində baş tutacaq.
04:25 / 09 Noyabr 2026
177
02:31 / 09 Noyabr 2026
169
01:34 / 09 Noyabr 2026
195
01:20 / 09 Noyabr 2026
362
01:10 / 09 Noyabr 2026
287
01:06 / 09 Noyabr 2026
166
00:58 / 09 Noyabr 2026
290
00:50 / 09 Noyabr 2026
202
00:29 / 09 Noyabr 2026
743
00:25 / 09 Noyabr 2026
461
00:21 / 09 Noyabr 2026
164
00:17 / 09 Noyabr 2026
139
00:12 / 09 Noyabr 2026
140
23:49 / 08 Noyabr 2026
196
23:45 / 08 Noyabr 2026
175
23:18 / 08 Noyabr 2026
1149
23:14 / 08 Noyabr 2026
182
23:09 / 08 Noyabr 2026
262
23:07 / 08 Noyabr 2026
226
22:35 / 08 Noyabr 2026
503
22:32 / 08 Noyabr 2026
420
22:16 / 08 Noyabr 2026
168
22:07 / 08 Noyabr 2026
204
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.