Əmək məzuniyyəti zamanı maaş necə hesablanır?
31 İyul 2026, 16:59
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
87
31.07.2026, 16:35
Vaxtı keçmiş kredit borcları ilə bağlı məhkəmə qərarlarının hüquqi nəticələri və həmin borcların Mərkəzləşdirilmiş Kredit Reyestrində (MKR) əks olunması məsələsi vətəndaşların ən çox müraciət etdiyi mövzulardan biridir. Xüsusilə də Ali Məhkəmənin bankın iddia müddətini ötürdüyünə görə borcun məhkəmə qaydasında tələb oluna bilməyəcəyini müəyyən etdiyi hallarda, vətəndaşları maraqlandıran əsas sual budur: belə olan halda həmin kredit MKR-dən necə silinə bilər?
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən vəkil Tural Abbasov bildirib ki, bankın borcu məhkəmə qaydasında tələb etmək hüququnun itməsi avtomatik olaraq həmin kredit məlumatının Mərkəzləşdirilmiş Kredit Reyestrindən silinməsi demək deyil.
Vəkilin sözlərinə görə, ilk növbədə məhkəmə qərarının məzmununa diqqət yetirilməlidir.
“Əgər məhkəmə, xüsusilə də Ali Məhkəmə iddia müddətinin keçdiyini müəyyən edərək bankın həmin borcu tələb etmək hüququnun olmadığını təsdiqləyibsə, bu qərarın hüquqi nəticələri ayrıca qiymətləndirilməlidir. Lakin belə qərarın mövcudluğu kredit məlumatının avtomatik şəkildə Mərkəzləşdirilmiş Kredit Reyestrindən silinməsinə səbəb olmur.”
Tural Abbasov qeyd edib ki, Mərkəzləşdirilmiş Kredit Reyestri banklardan daxil olan məlumatlar əsasında fəaliyyət göstərən sistemdir və burada dəyişikliklərin aparılması üçün ayrıca hüquqi prosedur tələb oluna bilər.
Onun sözlərinə görə, əgər məhkəmə qərarına baxmayaraq kredit borcu reyestrdə aktiv borc kimi görünməkdə davam edirsə, vətəndaş əlavə hüquqi addım atmalıdır.
“Belə hallarda vətəndaşın məhkəməyə ayrıca müraciət edərək həmin məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrindən silinməsi və ya müvafiq düzəlişin edilməsinin Kredit Bürosunun üzərinə öhdəlik kimi qoyulmasını tələb etməsi mümkündür. Məhkəmə bu barədə qərar qəbul edərsə, reyestrdəki məlumatın dəyişdirilməsi hüquqi əsas qazanır.”
Vəkil vurğulayıb ki, bəzi vətəndaşlar Ali Məhkəmənin qərarını birbaşa Kredit Bürosuna təqdim etməklə problemin həll olunacağını düşünsələr də, bu hər zaman kifayət etmir.
Onun sözlərinə görə, reyestrdə dəyişiklik aparılması üçün çox vaxt ayrıca məhkəmə aktı və ya həmin öhdəliyi müəyyən edən qərar tələb olunur.
Tural Abbasov bildirib ki, iddia müddətinin tətbiqinə dair məhkəmə qərarı bankın borcu məhkəmə yolu ilə tələb edə bilmədiyini göstərsə də, kredit barədə məlumat reyestrdə qalmağa davam edə bilər.
“Bu məlumat aktiv borc kimi sistemdə saxlanıldığı üçün vətəndaş gələcəkdə yeni kredit almaq istədikdə ciddi problemlərlə üzləşə bilər. Banklar kredit tarixçəsinə baxarkən həmin borcu risk faktoru kimi qiymətləndirə bilirlər. Nəticədə kredit müraciətlərinə imtina verilməsi və ya daha sərt şərtlərin tətbiqi halları yaranır.”
Vəkil hesab edir ki, belə vəziyyətdə vətəndaş hüquqlarını müdafiə etmək üçün passiv gözləməməli, qanunvericiliyin verdiyi imkanlardan istifadə etməlidir.
Onun sözlərinə görə, məhkəmə qərarı bankın tələb hüququnun başa çatdığını təsdiqləyirsə, həmin qərarın kredit tarixçəsində də düzgün əks olunması təmin edilməlidir. Əks halda, hüquqi baxımdan tələb oluna bilməyən borcun illərlə kredit tarixçəsində qalması vətəndaşın maliyyə imkanlarına mənfi təsir göstərməyə davam edir.
Tural Abbasov sonda vətəndaşlara tövsiyə edib ki, belə hallarda hüquqi yardım almaqdan çəkinməsinlər və zərurət yarandıqda Kredit Bürosunun üzərinə müvafiq öhdəliyin qoyulması üçün məhkəməyə müraciət etsinlər. Onun sözlərinə görə, düzgün hüquqi prosedur seçildiyi halda, kredit tarixçəsindəki əsassız mənfi qeydlərin aradan qaldırılması mümkündür.
18:26 / 31 İyul 2026
3
18:07 / 31 İyul 2026
37
17:33 / 31 İyul 2026
62
17:10 / 31 İyul 2026
62
17:07 / 31 İyul 2026
75
16:59 / 31 İyul 2026
80
16:46 / 31 İyul 2026
94
16:36 / 31 İyul 2026
70
16:15 / 31 İyul 2026
88
16:01 / 31 İyul 2026
82
15:59 / 31 İyul 2026
97
15:45 / 31 İyul 2026
84
15:45 / 31 İyul 2026
88
15:30 / 31 İyul 2026
86
15:12 / 31 İyul 2026
81
15:10 / 31 İyul 2026
105
14:55 / 31 İyul 2026
91
14:30 / 31 İyul 2026
88
14:29 / 31 İyul 2026
101
14:12 / 31 İyul 2026
100
13:53 / 31 İyul 2026
104
13:35 / 31 İyul 2026
97
13:25 / 31 İyul 2026
110
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.