Əmək məzuniyyəti zamanı maaş necə hesablanır?
31 İyul 2026, 16:59
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
80
31.07.2026, 16:15
Son dövrlər rəqəmsal xidmətlərin geniş yayılması ilə əlaqədar vətəndaşların adından onların xəbəri olmadan kredit rəsmiləşdirilməsi halları ilə bağlı müraciətlərin sayı artmaqdadır. Xüsusilə SİMA rəqəmsal imza platforması vasitəsilə başqa şəxsin adına kredit götürülməsi ilə bağlı suallar hüquq müstəvisində geniş müzakirə olunur. Mövzu ilə bağlı Oxu24.com-a danışan vəkil Rusif Eminli bildirib ki, belə halların hüquqi qiymətləndirilməsi hadisənin konkret şəraitindən asılıdır və hər bir fakt ayrıca araşdırılmalıdır.
Vəkilin sözlərinə görə, SİMA sistemi vasitəsilə həyata keçirilən bütün əməliyyatlar vətəndaşın şəxsiyyətini təsdiqləyən rəqəmsal identifikasiya vasitəsi hesab olunur. Bu səbəbdən həmin məlumatlardan sahibinin xəbəri və razılığı olmadan istifadə edilməsi ciddi hüquqi məsuliyyət yaradır.
“Əgər hər hansı şəxs vətəndaşın razılığı olmadan onun SİMA məlumatlarından istifadə edərək kredit rəsmiləşdiribsə, bu artıq hüquqi baxımdan araşdırılmalı olan məsələdir. Belə hallarda ilkin qiymətləndirməyə əsasən dələduzluq əlamətləri mövcud ola bilər. Lakin hüquqi tövsif hadisənin bütün detalları araşdırıldıqdan sonra müəyyən edilir”, – deyə vəkil bildirib.
Rusif Eminli qeyd edib ki, bu cür hadisələrdə yalnız kreditin götürülməsi faktına baxmaq kifayət deyil. Əməliyyatın hansı platformada aparıldığı, şəxsi məlumatların necə əldə edildiyi, bank sisteminə hansı üsulla daxil olunduğu və digər texniki məqamlar da hüquqi qiymətləndirməyə təsir göstərir.
“Situasiyaya diqqətlə yanaşmaq lazımdır. Çünki eyni hadisə müxtəlif hüquqi nəticələr doğura bilər. Məsələn, bəzi hallarda əməldə dələduzluq əlamətləri üstünlük təşkil edə bilər. Digər hallarda isə söhbət özgənin bank hesabından vəsaitin qanunsuz çıxarılmasından gedirsə, hüquqi tövsif fərqli ola bilər. Buna görə də istintaq orqanları hadisənin bütün təfərrüatlarını araşdırmalıdır”, – deyə o vurğulayıb.
Vəkilin sözlərinə görə, vətəndaş öz adına xəbərsiz kredit götürüldüyünü öyrəndiyi andan gecikmədən banka müraciət etməli, kredit müqaviləsinə etiraz etdiyini bildirməli və hüquq-mühafizə orqanlarına rəsmi şikayət verməlidir. Bununla yanaşı, elektron əməliyyatların tarixçəsi, SMS bildirişləri, bank çıxarışları və digər sübutlar da toplanmalıdır.
Rusif Eminli bildirib ki, hüquq-mühafizə orqanlarının araşdırması nəticəsində kreditin həqiqətən də vətəndaşın xəbəri olmadan rəsmiləşdirildiyi təsdiqlənərsə, həmin əməliyyatı həyata keçirən şəxslər cinayət məsuliyyətinə cəlb oluna bilərlər.
“Bu məsələlərdə hüquqi qiymətləndirmə çox həssas aparılır. Ona görə də əvvəlcədən konkret olaraq yalnız bir maddə üzrə məsuliyyət yaranacağını söyləmək düzgün olmaz. Əsas məsələ hadisənin hansı üsulla törədildiyini və hüquqi tərkibin hansı cinayət əlamətlərinə uyğun gəldiyini müəyyən etməkdir”, – deyə vəkil əlavə edib.
O, sonda vətəndaşlara şəxsi məlumatlarını, bank rekvizitlərini və SİMA hesabına giriş imkanlarını üçüncü şəxslərlə paylaşmamağı tövsiyə edib. Vəkilin sözlərinə görə, rəqəmsal təhlükəsizlik qaydalarına riayət olunması bu cür halların qarşısının alınmasında ən vacib amillərdən biridir.
17:33 / 31 İyul 2026
1
17:10 / 31 İyul 2026
36
17:07 / 31 İyul 2026
39
16:59 / 31 İyul 2026
50
16:46 / 31 İyul 2026
72
16:36 / 31 İyul 2026
54
16:35 / 31 İyul 2026
63
16:01 / 31 İyul 2026
76
15:59 / 31 İyul 2026
82
15:45 / 31 İyul 2026
81
15:45 / 31 İyul 2026
84
15:30 / 31 İyul 2026
83
15:12 / 31 İyul 2026
79
15:10 / 31 İyul 2026
101
14:55 / 31 İyul 2026
89
14:30 / 31 İyul 2026
84
14:29 / 31 İyul 2026
97
14:12 / 31 İyul 2026
97
13:53 / 31 İyul 2026
100
13:35 / 31 İyul 2026
94
13:25 / 31 İyul 2026
107
13:12 / 31 İyul 2026
123
13:07 / 31 İyul 2026
81
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.